İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
19.10.2019 [09:46]
“Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə respublikamızın bu ilin doqquz ayının sosial-iqtisadi yekunlarına qiymət verilib, əldə olunan uğurlardan danışılıb və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Müşavirədə qeyd olunub ki, doqquz ayın sosial-iqtisadi nəticələri müsbətdir”. Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, bu dövrdə qeyri-neft sektorunda artım 3 faizdən çox olub. Qeyri-neft sənayesində isə artım 15 faizdən çox olub. Cənab Prezidentin qeyd etdiyi kimi, bu, dünya miqyasında rekord göstərici hesab oluna bilər. Kənd təsərrüfatında da ciddi irəliləyiş əldə edilib. Əvvəlki illərdə bu artım 2-3 faiz təşkil edirdisə, bu ilin doqquz ayında artım 7 faizdən çoxdur. Millət vəkilinin sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə bu ilin əvvəlindən böyük bir sosial paket reallaşdırılıb. Bunun nəticəsində 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşının maddi vəziyyəti yaxşılaşıb.
“Beynəlxalq aparıcı maliyyə qurumlarının və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini durmadan yaxşılaşdırır. “Doinq Business”in hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Son hesabatlarda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alır. Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatına görə, Azərbaycan bir çox sahələrdə dünya miqyasında mühüm göstəricilərə nail olub”, - deyən İ.Məmmədovun sözlərinə görə, dövlət başçısının qeyd etdiyi kimi, bütün bunlar Azərbaycanda həyata keçirilən islahatlara, görülən işlərə verilən qiymətdir. Ancaq ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir.
Millət vəkili qeyd edib ki, müşavirədə Prezident İlham Əliyev respublikamızda daha sürətli inkişaf üçün kifayət qədər ehtiyatların olduğunu bildirərək deyib ki, bu ehtiyatlar aşkar edilməlidir: “Qeyd olunub ki, Azərbaycanda hər bir sahədə şəffaflığa və yüksək standartlara nail olmaq lazımdır. Bu məqsədə nail olmaq üçün korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Bu xoşagəlməz hallara qarşı mübarizədə təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyəti qurumlar, o cümlədən vətəndaşlar yaxından iştirak etməlidirlər. Cənab Prezident həmçinin müşavirədə iqtidarda olan bəzi məmurların aparılan islahatlara qarşı çıxdığını deyərək belə halların yolverilməz olduğunu söyləyib. Təbii ki, belə xoşagəlməz hallar ümumi inkişafımıza zərər vurur. Ona görə də, yəqin ki, bu məsələ ilə bağlı müvafiq ölçülər götürüləcək. Düşünürəm ki, dövlət başçısının bu qətiyyətli mövqeyi cəmiyyətimiz tərəfindən müsbət dəyərləndirilir və öz vətənini sevən hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək. Beləliklə, Azərbaycan öz dinamik inkişafını uğurla davam etdirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

