Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Belarus Strateji Araşdırmalar İnstitutu arasında memorandum imzalanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Belarus Strateji Araşdırmalar İnstitutu arasında memorandum imzalanıb

06.11.2019 [09:51]

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Belarus Strateji Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin noyabrın 4-5-də Belarus Respublikasına səfəri çərçivəsində imzalanıb.
Memorandumu Fərid Şəfiyev və Belarus Strateji Araşdırmalar İnstitutunun sədri Oleq Makarov imzalayıblar.
İnstitutda keçirilən görüş zamanı Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, hər iki ölkənin xarici siyasət prioritetləri, beyin mərkəzləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Səfər zamanı Fərid Şəfiyev, Mərkəzin şöbə müdiri Fuad Çıraqov və aparıcı məsləhətçisi Ayaz Rzayev Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllim heyəti ilə də görüş keçirib. Görüşdə tərəflər arasında müntəzəm əlaqələrin təmin edilməsi və əməkdaşlığın təşviqi məsələləri müzakirə olunub.
Həmçinin yerli ekspertlərlə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31