Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Müxalifətin “dəyirmi masa”sı sünidir və sadəcə, gündəmə gəlmək cəhdidir

Siyavuş Novruzov: Müxalifətin “dəyirmi masa”sı sünidir və sadəcə, gündəmə gəlmək cəhdidir

07.11.2019 [09:30]

Ötən gün müxalifətin bir neçə nümayəndəsinin keçirdiyi “dəyirmi masa”, sadəcə, gündəmə gəlmək cəhdidir. Vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir. Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən “xoda” düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?!
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, “dəyirmi masa”da yığışanların bir qrupu vaxtilə hakimiyyətdə olub: “İstər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Arif Hacılının hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. “Dəyirmi masa”da Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir orta məktəbin idarəsini belə tapşırmaq olmaz.
Pənah Hüseynin özü vaxtilə hakimiyyətdə təmsil olunanda insanların başına oyunlar gətirirdilər, Azərbaycanın dövlət büdcəsinə süpürgə çəkirdilər. Bunlar hamısı xalqın yadından çıxmayıb. İndi gəlib humanizmdən, demokratiyadan danışırlar. Qısa müddət ərzində hakimiyyətdə olduqları zaman ən böyük antidemokratik hərəkətləri bunlar etdilər.
İsa Qəmbər Ali Sovetin sədri, Pənah Hüseyn baş nazir, Əli Kərimli də dövlət katibi idi. O zaman bu “demokratlar” Yeni Azərbaycan Partiyasının qurultayını Bakıda keçirməyə imkan vermədilər”.
S.Novruzov vurğulayıb ki, o vaxt Gəncə hadisələri zamanı İsa Qəmbər deyirdi ki, bomba töküb camaatı qırmaq lazımdır: “Gəncə kimi şəhəri bombalamaq istəyən adam indi guya xalqın qeydinə qalır. Və yaxud da Surət Hüseynovun qorxusundan qaçıb Kələkidə gizlənən Əli Kərimli xalqı necə qoruya bilər?
Əli İnsanov indi yanaşı oturduğu İsa Qəmbər haqqında vaxtilə demişdi ki, “İsa Qəmbər genetik xəstədir”. İndi, görəsən, o xəstədən ona hər hansı bir infeksiya keçəcək, yoxsa yox? İndi Əli İnsanov İsa Qəmbərin yanında oturub və dəqiqədəbir ayağa qalxıb ona təşəkkürünü, minnətdarlığını bildirir, halbuki, vaxtilə İsa Qəmbərin yeddi arxa dönəmini təhqir edirdi.
Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə otururlar? Ona görə ki, bunlar üçün dəyər yoxdur, bunlar üçün pul var, şəxsi maraqlar var. Xalq, millət onlar üçün arxa plandadır. O “dəyirmi masa”da olanlar hərəsi bir qütbdə, ayrı-ayrı baxış bucağı altında olan adamlardır. Onların birgə fəaliyyəti qeyri-mümkündür.
Yəni o “dəyirmi masa”da oturan hər bir insan barədə kifayət qədər məlumat var. Bunların hər biri artıq tarixin qaranlıq bir arxivindədir. Ona görə də təzədən ortaya çıxıb nəsə etmək çox gecdir, qatar artıq gedib. Müxalifətin özündə islahat getməlidir. Ancaq bunlar islahat etmək istəyəndə də kimisə ya partiyadan uzaqlaşdırırlar, ya ona qarşı ciddi təhqirlərə başlayırlar”.
S.Novruzov vurğulayıb ki, bu “dəyirmi masa” da, sadəcə, gündəmdə qalmaq cəhdidir: “Onlar insanların yadından çıxıblar. Bilirsiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan, bu “dəyirmi masa” özlərini yada salmaq üçün separat danışıqlardır. Bilirsiniz ki, AXCP ilə “Müsavat” arasında heç vaxt birgə seçki fəaliyyəti olmayıb. Bunlar arasında daim mübarizə olub. Bu gün də süni şəkildə orada bir yerdə olduqlarını göstərməyə çalışdıqlarına baxmayaraq, sabah mətbuatda bir-birlərinə necə ağır ittihamlar və sözlər demələrinin şahidi olacağıq”.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31