Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin 25 illiyinə həsr olunan tədbir keçirilib
26.11.2019 [10:07]
Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib
Noyabrın 25-də Vladiqafqazda Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin 25 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti ilə bərabər, Rusiya Federasiyası subyektlərinin dini rəhbərləri, dövlət rəsmiləri və ictimai xadimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını iştirakçılara çatdırıb. Bildirib ki, ötən 25 ildə Şimali Osetiya-Alaniya Respublikası Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətini uğurlu hesab etmək olar. Qafqazın din xadimlərinin qardaşlıq əlaqələri bölgə müsəlmanlarının daha da yaxınlaşmasına, regionda sülhə və sabitliyə, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Qafqaz müftiləri Bakıda İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin şəxsi qonağı statusunda iştirak ediblər. Vladiqafqazda Muxtarov məscidinin bərpa edilməsi ilə bağlı bizim Əlaqələndirmə Mərkəzi adından Prezident İlham Əliyevə müraciət edəndə dövlətimizin başçısı bu çağırışa Ona xas olan yüksək diqqətlə yanaşdı. Bu gün biz bu yüksək səviyyədə diqqətin şahidiyik. Bu yaxınlarda bütün Qafqaz müftiləri Dünya dini liderlərinin II Bakı Sammitində iştirak ediblər. Bu, Qafqazda xoş ənənəyə çevrilib. Qarşılıqlı xeyirxah hisslər və münasibətlər bundan sonra da mehriban qonşuluq, həqiqi qardaşlıq məcrasında inkişaf etməlidir. Rəhbərlərimizin xalqlarımız arasında qarşılıqlı səmimi münasibətlərin inkişafı naminə səyləri istər Azərbaycanda, istərsə də Rusiyada səmimi əks-səda doğurur.
“Biz noyabrın 24-də 1942-ci ildə Şimali Osetiyanın Mozdok bölgəsinin azad edilməsi zamanı 223-cü Azərbaycan atıcı diviziyasının həlak olmuş döyüşçülərinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak etdik. Biz ortaq keçmişimizdə öz torpaqlarımızı birgə müdafiə etmişik, dinc gələcəyimizin qayğısına da birlikdə qalmalıyıq. Biz, din xadimləri, ölkələrimizin rəhbərlərinin dəstəyinə arxalanaraq xalqlarımızın və müqəddəs dinimizin layiqli və təhlükəsiz gələcəyinin təmin edilməsi işinə mümkün töhfəmizi verməliyik. Son illər Yaxın Şərqdə baş verən dəhşətli hadisələr baxımından bu məsələ xüsusilə aktualdır. Əminəm, ekstremizmə, radikalizmə, təkfirçiliyə yalnız dövlətlərin, ictimai və siyasi xadimlərin, dini birliklərin və dindarların birgə səyləri ilə müqavimət göstərmək olar”, - deyə Şeyxülislam Allahşükür Paşazadə qeyd edib.
Sonra Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şimali Osetiya-Alaniya müftisi Hacımurad Qatsalovun region ölkələri üzrə dinlərarası münasibətlərin inkişafında xüsusi rolu olduğunu deyib. Əlavə edib ki, Hacımurad Qatsalov dinlərarası və millətlərarası münasibətlərə, konfessiyalararası dialoqa böyük töhfələr verib.
Əli Həsənov müfti Hacımurad Qatsalovun Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edildiyini bildirib.
Prezidentin köməkçisi Əli Həsənov ordeni Hacımurad Qatsalova təqdim edib.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

