Prezident İlham Əliyev: İslahatlar bizim şüurlu seçimimizdir
30.11.2019 [10:25]
Davos Ümumdünya İqtisadi Forumunun dəyərləndirmələrinə əsasən, respublikamız islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşıb
Son 16 ildə müstəqil Azərbaycan həyatın bütün sahələrində böyük uğurlara imza atıb. Respublikamız dünyada inkişaf prioritetlərini və onlara çatmaq yollarını düzgün müəyyənləşdirən nümunəvi dövlət kimi tanınır. Qürur hissi ilə qeyd edə bilərik ki, hazırda respublikamızın ayrı-ayrı istiqamətlər üzrə qazandığı inkişaf göstəriciləri dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatıb.
Əlbəttə, inkişaf barədə söhbət açarkən ilk növbədə bunu şərtləndirən amillərə nəzər salmaq lazımdır. Azərbaycanın qazandığı uğurların təməlində dayanan bir sıra amilləri sadalamaq mümkündür ki, bunların sırasında islahatlar xüsusi önəm daşıyır. Qeyd edək ki, beynəlxalq reytinq agentlikləri də ölkəmizdə uğurla reallaşdırılan islahatları yüksək dəyərləndirirlər. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində bundan məmnunluğunu ifadə edib. “Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Reallaşdırılan islahatlar Azərbaycanda sosial-iqtisadi inkişaf üçün geniş imkanlar açıb
Həqiqətən də, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən ölkəmiz öz inkişafını, bir qayda olaraq, zamanın dəyişən tələblərinə uyğun qurur. Uğurların miqyasını artırmaq üçün qarşıya yeni hədəflər qoyulur və onlara çatmaq yolları müəyyənləşdirilir. Biz son illərdə respublikamızda müxtəlif sferalarda dəyişiklikləri özündə ehtiva edən mühüm qərarların qəbul edilməsinin şahidi olmuşuq. Dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən bu qərarlar inqilabi səciyyə daşıyır.
İqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da artır. Son 16 ildə respublikamıza daxili və xarici mənbələrdən 260 milyard dollardan çox investisiya yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları da artır. Azərbaycan öz vəsaitlərinə böyük qənaətlə yanaşır. Bir tərəfdən, uğurlu iqtisadi inkişaf sayəsində qazanılan vəsaitlər qarşıda duran məsələlərin həllinə, quruculuq-abadlıq işlərinə və bu kimi digər məqsədlərə yönəldilir, həmçinin ölkənin sabahı üçün güclü maliyyə təminatları yaradılır. Artıq respublikamızın strateji valyuta ehtiyatları 49 milyard dollara çatıb. Halbuki, 2004-cü ildə bu rəqəm cəmi 1,8 milyard dollar civarında idi. Prezident İlham Əliyev aparılan islahatların nəticəsi olaraq milli iqtisadiyyatımızın artan templə inkişaf etdiyinə diqqət çəkərək bildirib: “Azərbaycan iqtisadiyyatı inkişaf edir. Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm, təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır”.
Ölkəmizin dinamik iqtisadi inkişafı, həmçinin güclü sosial siyasətlə tamamlanır. Milli iqtisadiyyatımızın potensialının artması öz növbəsində sosial sferada bilavasitə insanların həyat səviyyəsinin yüksəlməsinə hesablanan genişmiqyaslı islahatların həyata keçirilməsinə yeni imkanlar açıb. Məlum olduğu kimi, ölkəmizdə sosial sferada vəziyyəti dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırmaq hədəflənib. Bu strateji xəttə uyğun olaraq son illərdə ölkəmiz insan inkişafı göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. 2019-cu il respublikamızda sosial islahatlar ili kimi səciyyələndirilə bilər. Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar, bir tərəfdən, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də, dövlətimizin gücünü nümayiş etdirir. Elan olunan və iki mərhələdə həyata keçirilən sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Bütövlükdə, cari ildə və perspektivdə reallaşdırılacaq sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur. Prezident İlham Əliyev ölkəmizdə bundan sonra sosial sferada daha böyük addımlar atılacağını nəzərə çatdırıb. “İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkədə kadr islahatları ancaq təkamül yolu ilə, təbii yolla aparılmalıdır
Dünya təcrübəsindən də bəlli olduğu kimi, inkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Bütövlükdə, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.
Ölkəmizdə yeni mərhələdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qaldırılır. Belə ki, idarəetməyə daha yüksək keyfiyyətlərə malik kadrlar cəlb olunur. Bu da təbiidir. Ölkə Prezidenti dövlət orqanlarında, icra strukturlarında çevikliyi artırmaq, islahatları dərinləşdirmək istəyir. Kadrlar da məhz qarşıya qoyulan tələblərə uyğun işləməlidirlər, islahatların dərinləşməsinə öz töhfələrini verməlidirlər. Prezident İlham Əliyev ölkədə kadr siyasətini dəyişməklə əslində idarəetməyə yeni nəfəs, daha güclü enerji gətirmək istəyir. İndiki mərhələdə kadrlara verilən tələblər kifayət qədər yüksəkdir - ilk növbədə savadlı, bilikli, müasir düşünən kadrlara üstünlük verilir. Yeni kadrlar, əlbəttə ki, vətənpərvər olmalıdırlar. Ölkəmizdə yeni mərhələdə kadr islahatlarının aparılmasının zəruri olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var, getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var”.
Qeyd edək ki, Prezident İlham Əliyev son vaxtlarda vəzifəyə yeni təyin olunan kadrları şəxsən qəbul edərək onlara ciddi tapşırıqlar verib. Dövlət başçısının prinsipial mövqeyi belədir ki, indiki dövrdə kadrların fəaliyyəti kabinet işi ilə məhdudlaşmamalıdır. Məmurlar nümunəvi fəaliyyətləri ilə ölkədə vətəndaş məmnunluğunun artmasına çalışmalıdırlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35

