Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elçin Quliyev: Hakimiyyətin qanunvericilik qolunda da islahatların aparılması Azərbaycanın ümumi inkişafına böyük töhfələr verəcək

Elçin Quliyev: Hakimiyyətin qanunvericilik qolunda da islahatların aparılması Azərbaycanın ümumi inkişafına böyük töhfələr verəcək

03.12.2019 [09:44]

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sistemli, hərtərəfli islahatlar həyata keçirilir. İslahatlar 2019-cu ilin əvvəlindən daha geniş vüsət alıb və bir çox sahələri əhatə edir. Bu islahatlar ölkəmizin ümumi inkişafına yeni dinamizm gətirir”. Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.
E.Quliyev bildirib ki, hakimiyyətin icra və məhkəmə qollarında uzun müddətdir islahatlar həyata keçirilir. Bunun nəticəsində də həm sosial-iqtisadi sahədə ciddi nailiyyətlər əldə olunub, həm də məhkəmə-hüquq sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Millət vəkilinin fikrincə, hakimiyyətin qanunvericilik qolunda da islahatların aparılması Azərbaycanın ümumi inkişafına böyük töhfələr verəcək.
“Bu baxımdan, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması haqqında təşəbbüsü və bunun əsasında Milli Məclisdə çoxluq təşkil edən partiyamızın deputatlarının müraciəti təbii qanunauyğunluqdur. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb, təşəbbüslər irəli sürüb. Azərbaycanın inkişafı baxımından öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarlarla dövlətimizin inkişafına mühüm töhfələr verib. Bu baxımdan, partiyamızın parlamentin buraxılması təşəbbüsü və bunun əsasında Milli Məclisin parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərarı tam yerində verilmiş qərardır. Bütövlükdə, islahatların yüksək nəticələrini həyatımızın ən müxtəlif sahələrində aydın şəkildə görürük. Bu mənada, hesab edirəm ki, parlament islahatları da qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək, ölkəmizin inkişafı yolunda daha mükəmməl, səmərəli qanunlar qəbul olunacaq”, - deyə deputat vurğulayıb.

Paylaş:
Baxılıb: 430 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31