Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir
04.12.2019 [09:49]
Tərəflər arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq hər iki ölkənin milli maraqlarına cavab verir
Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmiz hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. O da qeyd edilməlidir ki, Azərbaycan region ölkələri ilə, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Eyni zamanda, qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli, üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəli fəaliyyət göstərir. Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Ümumiyyətlə, ekspertlər qeyd edirlər ki, ölkəmiz ilə əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr tərəfindən Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir.
Azərbaycan-Rusiya münasibətləri dinamik xarakter daşıyır
İkitərəfli və çoxtərəfli münasibətlərini uğurla davam etdirən Azərbaycanın xarici siyasət kursunda Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Hər iki ölkəni ümumi tarixi keçmiş birləşdirir - həm Rusiya, həm də Azərbaycan bir neçə onillik ərzində eyni ittifaqın tərkibində mövcud olublar. Bu gün iki qonşu ölkə müstəqil dövlətlər kimi uğurla inkişaf edərək aralarındakı strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirirlər. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir.
Qeyd etmək lazımdır ki, cari il ərzində də Rusiya ilə Azərbaycan arasında fəal siyasi dialoq, qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilib. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 2-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbulu zamanı da bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı “Biz bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləmişik, beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlətmişik. Deməliyəm ki, Azərbaycan nümayəndə heyəti tam heyətdə Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib və beləliklə, həmrəyliyini bildirib. Biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik”, - deyə bildirib.
Hər iki tərəfin təsdiq etdiyi “Yol xəritələri”nin reallaşdırılması da, heç şübhəsiz, qarşılıqlı-faydalı əməkdaşlığın dərinləşməsi, bütün sahələrdə inteqrasiyanın intensiv xarakter daşıması baxımından böyük önəm daşıyır. Ötən il 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə imzalanan proqram sənədi özündə 5 “yol xəritəsi”ni ehtiva edir ki, buraya da ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsi, həmçinin humanitar əlaqələr daxildir. Ən əsası, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub.
Dövlətimizin başçısı yuxarıda qeyd olunan görüş zamanı bildirib ki, bu il iqtisadi baxımdan da uğurlu olub: “Əmtəə dövriyyəsi ildən-ilə artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artım təxminən 25 faiz civarında olacaq. Bundan aşağı olmayacaq. Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik. Bu, əmtəə dövriyyəsini və qarşılıqlı səfərləri xeyli artırmağa imkan verəcək. Yəni, çox sahələri sadalamaq olar, lakin əsas budur ki, bizim münasibətlərimizdə dinamizm qorunub saxlanıb. Zənnimcə, dinamizm artırılıb. Bu, böyük nikbinlik doğurur”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub
Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb. Dövlət başçıları həmçinin beynəlxalq səviyyəli tədbirlərdə tez-tez bir araya gəlirlər. Prezidentlərin çoxtərəfli platformalarda da görüşləri baş tutur.
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 21-də Rusiya Federasiyasına rəsmi səfəri də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Şübhəsiz ki, bu səfər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfədir. Digər tərəfdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı da bu məsələlər diqqət mərkəzində olub. Görüş zamanı Vladimir Putinin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim etməsi xüsusi qeyd edilməlidir. Bu, Mehriban xanım Əliyevanın Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinə verilən yüksək qiymətdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbul zamanı qeyd edib ki, Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub: “Sizdən xahiş etmək istərdim ki, Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun “Dostluq” ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə toxunulan danışıqlara görə Prezident Vladimir Vladimiroviç Putinə təşəkkürümü çatdırasınız. Rusiya Hökumətinin sədri, Federasiya Şurasının sədri ilə də görüşlər olub. Regionlararası yubiley forumu çox uğurla keçib və əlbəttə, səfərin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması bizim dərin tarixə malik olan sıx dostluq əlaqələrimizin rəmzi oldu”.
Nəticə etibarilə, dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

