Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır
14.12.2019 [08:51]
Dövlət başçısının təbii fəlakət baş verən bölgələrə səfərləri çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə çoxsaylı görüşlər keçirməsi, vətəndaşları narahat edən bütün məsələlərə böyük həssaslıqla yanaşması təqdirəlayiq nümunə kimi diqqəti cəlb edir
Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Azərbaycanın inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır.
Ümumiyyətlə, milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Digər tərəfdən, Azərbaycanda dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Ölkəmizdə səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur.
Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Ümumiyyətlə, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır. Bunu göstərən çoxsaylı nümunələr mövcuddur. Bu kontekstdə bir məqama toxunmaq məqsədəmüvafiq olar. Məlum olduğu kimi, cari il fevralın 5-də və 6-da baş vermiş zəlzələlər Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törədib. Belə ki, baş verən zəlzələlər nəticəsində çox sayda fərdi ev qəzalı vəziyyətə düşüb, bir sıra sosial təyinatlı tikililərə və infrastruktur obyektlərinə ziyan dəyib. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən hər üç rayonda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün intensiv şəkildə tikinti və təmir-bərpa işləri həyata keçirilib və proses davam edir. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısı təbii fəlakət zonasında görülən işləri ciddi nəzarətdə saxlayır. Elə bu günlərdə Prezident İlham Əliyevin Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olması da deyilənlərin bariz sübutudur.
Ümumiyyətlə, Azərbaycanın dövlət başçısının bəhs olunan son səfərləri respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi, üzləşdikləri çətinliklərin operativ qaydada aradan qaldırılması olduğunu bir daha nümayiş etdirir. Yeri gəlmişkən, Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq zamanı dövlətimizin başçısı bu məqamlara toxunub. 10 ay ərzində bütün fərdi evlərin tikildiyini, təmir olunduğunu qeyd edən Prezident İlham Əliyev “İndi, düzdür, bəzilərinin tikintisi davam edir. Hündürmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən bu bina. Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülübdür. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır”, - deyə bildirib.
Doğrudur, dünyada inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda bu cür problemlərin dövlət tərəfindən həll olunmadığının şahidi oluruq. Amma Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsi və humanist təşəbbüsü əsasında evsiz qalmış vətəndaşların sözügedən problemlərini həll edir, bir daha vətəndaşları maraqlandıran məsələlərin həllini tapdığını nümayiş etdirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur. Amma onu da bildirməliyəm ki, inkişaf etmiş ölkələrdə belə deyil. Orada əgər zəlzələ, daşqın baş verirsə, evlər uçursa, vətəndaş getməlidir sığorta şirkətinə, əgər evi sığortalayıbsa. Onda sığorta şirkəti baxır, ölçüb-biçir, vaxt gedir, vətəndaş isə haradasa yaşamalıdır. Bəzilərinin məsələsi heç həll olunmur. Amma bizdə belə deyil. Əvvəlki dövrdə də zəlzələ baş verən zaman eyni yanaşma olub, bu gün də belədir. Bu, dövlətimizin niyyətini, gücünü göstərir. Bir də onu göstərir ki, vətəndaşların problemləri diqqət mərkəzindədir. Bu ev yəqin ki, əvvəlki evdən də fərqlənir”.
Prezident İlham Əliyevin təbii fəlakət baş verən bölgələrə səfərləri çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə çoxsaylı görüşlərə, söhbətlərə qatılması, sakinlərin özlərinin problemlərini dilə gətirmələri, dövlət başçısının vətəndaşları narahat edən bütün məsələlərə böyük həssaslıqla yanaşması təqdirəlayiq nümunə kimi diqqəti cəlb edir. Bu, cənab İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut edir.
Şamaxı rayonunun kompleks inkişafı dövlət başçısının diqqətindədir
O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Prezidentinin siyasi iradəsi əsasında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət vətəndaşların rifahının daha da yüksəlməsini, ölkənin tərəqqisini təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafını da sürətləndirib. Dövlətimizin başçısının Şamaxıya bəhs olunan səfəri zamanı müşahidə edilən reallıqlar və ifadə olunan fikirlər də bunu təsdiqləyir. Rayonda infrastrukturun təkmilləşdirilməsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Prezident İlham Əliyev bəhs olunan görüş zamanı deyib: “Şamaxı rayonunun kompleks inkişaf planı artıq təsdiqlənib. Mənim bir neçə sərəncamım olmuşdur, həm yolların tikintisi, həm də kommunal texnikanın alınması ilə bağlı. Burada qar yağanda bəzi yollar keçilməz olur. Ona görə kommunal texnika, müasir sərnişin avtobusları, müasir təcili tibbi yardım maşınları alınacaq. Ondan sonra dayanacaqlar, şəhər təsərrüfatı tamamilə yenilənəcək. İstəyirəm biləsiniz ki, təxminən 4-5 aydan sonra şəhərin su problemi də tamamilə öz həllini tapacaq. Şamaxıda su problemi artıq həll olunur”.
Ümumiyyətlə, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edir, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar isə, şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

