Mərakeş qəzetində Ümummilli Lider Heydər Əliyev haqqında məqalə dərc edilib
19.12.2019 [09:38]
Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi, qəzetin baş redaktoru Əhməd Mitçu əvvəlcə dekabrın 12-də Azərbaycanın Mərakeşdəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunan anım mərasimindən söz açır.
Bildirilir ki, səfirlikdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi təşkil olunub. Ölkəmizin Mərakeşdəki səfiri Oktay Qurbanov anım mərasimdə çıxış edərək, müasir Azərbaycanın banisi Heydər Əliyevin dövlət və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Mərakeş Kralı VI Məhəmmədin rəhbərlikləri ilə ölkələrimizin dostluq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq müxtəlif sahələrdə uğurla inkişaf etdirilir.
Müəllif qeyd edir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü, ölkənin bütün sahələrdə yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanın suverenliyinin, müstəqilliyinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün bərpasını, ölkənin iqtisadi dirçəlişi üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdi.
Mərakeş-Azərbaycan münasibətlərinə toxunan Əhməd Mitçu 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilən VII İslam Zirvə Görüşü çərçivəsində Ümummilli Lider Heydər Əliyev və Kral II Həsənin görüşü ilə ikitərəfli əlaqələrin təməlinin qoyulduğunu və perspektivlərinin müəyyənləşdirildiyini vurğulayıb.
Məqalədə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda aparılan mütərəqqi islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verilir.
Oxucular, həmçinin Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün, 2019-2022-ci illərdə Azərbaycanın bu təşkilata sədrliyinin, habelə bu ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə Türkiyədə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışının mühüm geosiyasi əhəmiyyəti barədə məlumatlandırılır.
Diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində qazanılmış nailiyyətlər Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir.
Məqalənin sonunda Ulu Öndər Heydər Əliyevin gördüyü böyük işlərlə Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı vurğulanır.
Xəbər lenti
Hamısına baxElanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17

