/ / Milli Məclisdə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib
Milli Məclisdə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib
19.12.2019 [09:53]
Dekabrın 18-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak ediblər.
Komissiyanın sədri İsmet Uçma iclası açaraq TÜRKPA-nın Bakıda keçirilən 9-cu plenar iclasına uğurlar arzulayıb. Qeyd edib ki, TÜRKPA yarandığı gündən etibarən çox səmərəli fəaliyyət göstərir. Qurumun ötən müddətdə keçirilən komissiya və plenar iclaslarının, müxtəlif mövzulara həsr olunmuş digər tədbirlərin ən böyük hədəfi qardaş ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir.
Sonra İsmet Uçma iclasın gündəliyinə daxil edilən məsələləri təqdim edib. Bildirilib ki, iclasda yenidən işlənmiş hüquqi sənədlər, o cümlədən TÜRKPA-nın Reqlamenti və Katibliyi haqqında Əsasnamə layihələri, TÜRKPA seçki müşahidəsi haqqında Əsasnamə, “Turizm haqqında” və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” model qanun layihələri müzakirəyə çıxarılacaq. Gündəlik maddələrlə səsə qoyularaq qəbul edilib.
Diqqətə çatdırılıb ki, TÜRKPA tarixində ilk dəfə olaraq model qanun layihələri hazırlanıb və bu, quruma üzv ölkələrin milli qanunvericilik aktlarının bir-birinə uyğunlaşdırılması baxımından çox önəmlidir.
Komissiya sədri Azərbaycanda 2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkilərinin müvəffəqiyyətlə keçəcəyinə inamını bildirib.
İclasda çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev “Turizm haqqında” model qanun layihəsinin Azərbaycan tərəfindən hazırlandığını söyləyıb və sənəd barədə ətraflı məlumat verib. Bildirilib ki, turizm hər bir ölkənin inkişafı üçün əhəmiyyətli sahələrdən biridir. Ölkəmizdə də bu istiqamətdə zəruri addımlar atılır.
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” model qanun layihəsini təqdim edən Türkiyə Böyük Millət Məclisinin üzvü Yüksel Özkan sənəddə ehtiva olunan məsələlərin mahiyyəti barədə danışıb.
Müzakirələr zamanı çıxış edən Qazaxıstan parlamentinin üzvü, komissiyanın sədr müavini Nurlan Dulatbekov, Qırğızıstan Joqorku Keneşinin üzvü Ruslan Çoybekov, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov model qanun layihələri barədə fikirlərini söyləyib, onların əhəmiyyətindən söhbət açıb, sənədlərdə əks olunmuş məsələlərin aktuallığını vurğulayıblar.
Komissiya sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmet Uçma iclasın faydalı keçdiyini bildirib, komissiya üzvlərinə qurumun uğurlu fəaliyyətində göstərdikləri səylərə görə təşəkkür edib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

