/ / Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərlərinin ATƏT DTİHB-nin missiyası ilə görüşü olub
Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərlərinin ATƏT DTİHB-nin missiyası ilə görüşü olub
20.12.2019 [09:46]
Milli Məclisdə Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının (EQM) nümayəndə heyətinin görüşü olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov bu görüş üçün yaradılan şəraitə görə minnətdarlıq edib. O, siyasi partiyaların seçki prosesində nə kimi çətinliklərlə qarşılaşdığını öyrənmək istədiklərini bildirib.
YAP İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan hakim partiyanın seçkilərdə iştirakı barədə ətraflı məlumat verərək ötən seçkilərdə DTİHB-lə əməkdaşlığın faydalı olduğunu deyib. 20 ildən bəri ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin gedişini tənzimləyən hazırkı Seçki Məcəlləsinin yetkin sənəd olduğunu, vaxtilə ATƏT-in səlahiyyətli nümayəndəsinin iştirakı ilə hazırlandığını və zaman keçdikcə bu Məcəlləyə lazımi dəyişikliklər edildiyini diqqətə çatdırıb.
Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri təəssüratlarını bölüşüblər. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev çıxış edərək parlament seçkilərinə qoşulduqlarını bildiriblər. Missiya üzvlərinə seçki platformaları və seçki şüarları, neçə dairədə nə qədər namizəd irəli sürdükləri, seçki prosesində partiyanın maliyyə təminatının qaynaqları, təmsil etdikləri partiyanın parlamentdə neçə seçki mandatı qazandığı, təbliğat və təşviqat kampaniyasını necə quracaqları və s. barədə ətraflı məlumat veriblər.
Çıxışlarda vurğulanıb ki, ölkəmizdə çox ciddi islahatlar gedir, siyasi sistemdə də islahat aparılması xalqın xeyrinədir, ölkədəki ictimai-siyasi mühit azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit zəmin yaradıb. Azərbaycan qanunvericiliyi seçkidə bütün vətəndaşlara və siyasi partiyalara bərabərhüquqlu imkanlar verir.
Partiya rəhbərləri missiyanın nəzərinə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarında seçki hüquqları pozulmuş və ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlərin seçkidə iştirak edə bilmələri üçün Azərbaycan hökumətinin gördüyü tədbirləri də çatdırıblar.
Siyasətçilərin çıxışlarında vurğulanıb ki, hazırda Azərbaycanda demokratik və sabit seçki mühiti var. Seçkiyə qoşulmayan bəzi partiyaların irəli sürdükləri iddialar əsassızdır.
Görüş maraqlı diskussiya şəraitində keçib.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

