Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Səbail rayonunda bələdiyyə seçkilərində seçici fəallığı müşahidə olunub

Səbail rayonunda bələdiyyə seçkilərində seçici fəallığı müşahidə olunub

24.12.2019 [09:25]

Dünən ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilib. 45 min seçicinin qeydiyyatda olduğu Səbail rayonunda bələdiyyə seçkilərində fəallıq qeydə alınıb.
Seçicilər səhər saat 8:00-dan etibarən rayon ərazisində fəaliyyət göstərən məntəqələrə gələrək, azad və şəffaf şəkildə səsvermədə iştirak ediblər.
Qeyd edək ki, rayon ərazisini əhatə edən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin tərkibində ümumilikdə 40 məntəqə fəaliyyət göstərir. Seçki dairələrinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqələr də var. Seçki məntəqələri bütün zəruri texniki avadanlıqlar, ləvazimatlar və məlumat kitabçaları ilə tam təchiz olunub.
Rayon ərazisində mövcud olan seçki məntəqələrində seçkilərin tam şəffaf, azad, ədalətli, demokratik və qanun çərçivəsində keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.
29 saylı Səbail Seçki Dairəsinin 2, 4, 6, 15, 22 saylı məntəqələrində seçicilərin fəallığı daha çox müşahidə olunub.

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31