Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünya KİV-ləri AZƏRTAC-ın “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqaləsini yayıb

Dünya KİV-ləri AZƏRTAC-ın “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqaləsini yayıb

25.12.2019 [09:55]

Çinin 100 milyondan çox oxucusu olan “China Daily” qəzeti məqaləni öz internet səhifəsində olduğu kimi dərc edib
Dünyanın bir sıra aparıcı KİV-ləri Azərbaycana və Prezident İlham Əliyevin fəaliyyətinə xüsusi maraq göstərir, bununla bağlı materiallara müntəzəm yer ayırırlar. Bu günlərdə Çinin 100 milyondan çox oxucusu olan ingilisdilli “China Daily” qəzeti öz internet səhifəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” adlı geniş məqaləsini yayımlayıb.
“China Daily” qəzetinin AZƏRTAC-ın materiallarını yaymağa artan marağı iki media qurumu arasında dostluq və əməkdaşlıq əlaqələrindən qaynaqlanır. Bu əməkdaşlığın əsası Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammiti zamanı qoyulub və tərəflər əlaqələrin genişləndirilməsinə dair razılığa gəlib. Yaxın vaxtlarda əməkdaşlıqla bağlı rəsmi sənədin imzalanması gözlənilir.
Qəzet bir müddət əvvəl “Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il” sərlövhəli analitik məqaləni də AZƏRTAC-ın saytından götürüb olduğu kimi dərc etmişdi. “China Daily” bu dəfə “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” adlı məqaləni daha operativ şəkildə - yazı AZƏRTAC-ın saytında yayıldıqdan cəmi üç saat sonra öz internet səhifəsində yerləşdirib.
Ümumilikdə, 100 milyondan çox çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə abunəçisi olan “China Daily” təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxuculardan çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.
Xatırladaq ki, “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin həyat yolu və fəaliyyəti - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı tələbəlik və müəllimlik illəri, Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışdığı vaxt ölkəmizin neft ehtiyatlarının xarici şirkətlərlə birgə işlənilməsinə dair kontraktla bağlı danışıqlarda iştirakı da daxil olmaqla, onun liderlik keyfiyyətləri, Heydər Əliyev kursunu uğurla davam etdirməsi, dövlət başçısı kimi 16 illik fəaliyyəti, Azərbaycanın bu dövrdə qazandığı uğurlar geniş təhlil olunur. Həmçinin Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətlərindən, onun rəhbərliyi ilə həyata keçirilən inqilabi islahatlardan və bənzərsiz layihələrdən ətraflı bəhs olunur.
Məqalə “China Daily” ilə yanaşı, bir çox digər xarici KİV-lərdə, o cümlədən Malayziyanın BERNAMA Milli Xəbər Agentliyinin, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytlarında, Almaniyanın “Ewnews”, Ukraynanın “Versii”, Rusiyanın “Russia-on”, Rumıniyanın “Amosnews”, “Ultima Ora”, “News24hours”, Qazaxıstanın “Newsroom”, “Turkistannews”, “Kaz.365info”, Qırğızıstanın “Turkelpress”, “Vatanpress”, Serbiyanın “Balkanin”, Gürcüstanın “24news.ge”, “Saqinform”, İndoneziyanın “Minanews” portallarında da yayılıb.

Paylaş:
Baxılıb: 390 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31