2019-cu ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib
09.01.2020 [09:58]
Ötən il 40-dan çox dövlət və hökumət başçısı ölkəmizdə səfərdə olub, həmçinin respublikamız bir sıra mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edib
Müstəqil Azərbaycanın həyata keçirdiyi xarici siyasət milli maraqlar üzərində qurulub və beynəlxalq hüquq normalarına, ədalət prinsipinə əsaslanır. Respublikamız daim öz imkanlarını təqdim edərək regional və qlobal müstəvidə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın dərinləşməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına sanballı töhfələr verməyə çalışır. Bu gün Azərbaycan elə ölkələrdəndir ki, heç bir transmilli güc mərkəzi, heç bir böyük dövlət ölkəmizlə diktat dili ilə danışa bilməz. Respublikamız bütün tərəfdaşları ilə münasibətlərini paritet əsaslarla qurur, milli maraqları daim öndə saxlayır.
Belə xoş mərama əsaslanan prinsipial xarici siyasət beynəlxalq miqyasda Azərbaycana böyük nüfuz və hörmət qazandırıb. Son illərdə ölkəmizə gələn yüksəksəviyyəli qonaqların sayının artması, respublikamızın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Qısa müstəqillik tarixində Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi son dərəcə qürurverici haldır. Belə misalların sayını kifayət qədər artırmaq olar.
Respublikamız xarici siyasətdə uğurlar seriyasını həmçinin artıq tarixə dönən 2019-cu ildə də davam etdirib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ötən il respublikamızın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyinə xüsusi diqqət çəkərək vurğulayıb ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır. “Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Müstəqil Azərbaycanın ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandıran xarici siyasətində bir neçə mühüm məqam diqqəti xüsusi olaraq cəlb edir. Məsələn, təqdirəlayiq haldır ki, respublikamız işğalçı Ermənistandan başqa, bütün region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Respublikamız Cənubi Qafqaz və Xəzər hövzəsi regionunun inkişaf və təhlükəsizlik məkanına çevrilməsinə böyük səy göstərir. Son vaxtlarda ölkəmizin təşəbbüsü ilə yaradılan və region dövlətlərini bir araya gətirən ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformaları uğurla fəaliyyət göstərir. Münasibətlərin yüksələn xətlə inkişafının nəticəsidir ki, Azərbaycan Prezidentinin qonşu dövlətlərin yüksəksəviyyəli rəsmiləri ilə həm ölkəmizdə, həm də qonşu dövlətlərdə müntəzəm görüşləri baş tutur. Bu görüşlərdə regional inkişaf və təhlükəsizlik məsələləri müzakirə edilərək ümumi mənafeyə, qarşılıqlı maraqların təmin olunmasına hesablanan qərarlar qəbul edilir. Eyni zamanda, Azərbaycanla qonşu ölkələr olan Türkiyə, Rusiya, İran və Gürcüstan arasında iqtisadi əlaqələr də siyasi münasibətlərin ruhuna tam adekvatdır - ölkələrimiz arasında ticarət dövriyyəsi və investisiya qoyuluşu getdikcə artır.
Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan söhbət açarkən ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin getdikcə daha da möhkəmlənməsini xüsusi qeyd edə bilərik. Sevindirici haldır ki, Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. Qeyd edək ki, respublikamızla Avropa İttifaqına üzv olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında müvafiq sənədlər imzalanıb.
Azərbaycan özünün çoxvektorlu xarici siyasətində İslam aləmi ilə sıx münasibətlər qurulmasına xüsusi önəm verir. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətlər də Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələri yüksək qiymətləndirirlər. İndiyədək İƏT ədalətli mövqedən çıxış edərək respublikamızın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr qəbul edib. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərən amillər sırasında ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin önəmini xüsusi qeyd edə bilərik. Son illərdə gözəl ənənə formalaşıb. Ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycana böyük inamın ifadəsi olaraq öz tədbirlərini məhz ölkəmizdə keçirmək istəyirlər. Respublikamız isə bu etimadı bir qayda olaraq yüksək səviyyədə doğruldur və ev sahibliyini üzərinə götürdüyü beynəlxalq tədbirlərdə özünün yüksək standartlarını tətbiq edir. 2019-cu ildə Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünü xüsusi qeyd edə bilərik. Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib.
2019-cu ildə Bakıda Dünya dini liderlərinin Zirvə Görüşünün keçirilməsi də əlamətdar hadisədir. İki gün davam edən Sammitdə 70 ölkədən respublikamıza təşrif gətirən dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət veriblər. Tədbirdə Azərbaycan özünü tarixdən gələn multikultural ənənələrinə, milli, dini dəyərlərinə sadiq olan ölkə kimi təqdim edib.
Artıq tarixə dönən 2019-cu ildə paytaxtımız həmçinin sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi edib. Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Zirvə Görüşündə təşkilata sədrlik növbəti üç il üçün Azərbaycana təhvil verilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, bizə göstərilən böyük etimaddır.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

