/ / Azərbaycanda məmur özbaşınalığına, kölgə iqtisadiyyatına, digər belə neqativ hallara qarşı mübarizənin yeni mərhələsi başlayıb
Azərbaycanda məmur özbaşınalığına, kölgə iqtisadiyyatına, digər belə neqativ hallara qarşı mübarizənin yeni mərhələsi başlayıb
08.02.2020 [10:23]
Prezident İlham Əliyev: Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq
Məlumdur ki, Azərbaycan müasirləşməni strateji xətt kimi müəyyənləşdirib və bu yolda böyük uğurlara imza atıb. Təsadüfi deyil ki, ölkəmizin nümunəvi inkişaf modeli bütün dünyada böyük maraqla izlənilir. Ancaq respublikamızda bəzən rast gəldiyimiz məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq halları, kölgə iqtisadiyyatı ölkəmizin müsbət reallıqları, müasir siması ilə qətiyyən bir araya sığmır, uğurlarımızın miqyasının genişlənməsinə əngəllər yaradır. Prezident İlham Əliyevin mövqeyi belədir ki, bu kimi mənfi halların qarşısı birdəfəlik alınmalıdır. Dövlət başçısı cari il fevralın 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə neqativ hallara qarşı sərt mübarizə dövrünün başladığını bildirərək vurğulayıb ki, daha şüarlar, hansısa bəyanatlar lazım deyil. Açıq söhbət olmalıdır, problem nədir, həlli yolu nədir sahibkar desin: “Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam”.
Sahibkarlar vergiləri tam ödəməli, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməməlidirlər
Respublikamızda dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınaraq sahibkarlara çox böyük dəstək göstərilir. Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Təbii ki, sahibkarlığın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi öz müsbət nəticələrini verir. Son illərdə ölkəmizdə güclü sahibkarlar ordusu formalaşıb. Bu gün özəl sektor ölkə miqyasında iqtisadi aktivliyin artmasında, məşğulluğun yüksək səviyyədə təmin olunmasında, ixrac imkanlarının genişlənməsində mühüm rol oynayır.
Bununla belə, etiraf etmək lazımdır ki, ölkəmizdə sahibkarlıqla bağlı neqativ hallar da var. Sirr deyil ki, bəzi hallarda yerli və mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları sahibkarların fəaliyyətinə hansısa bir formada əngəllər yaratmağa çalışaraq özlərinin korporativ maraqlarını təmin etmək istəyirlər. Məsələn, sahibkar hansısa bir layihəsinin icrasına başlamaq, fəaliyyətini genişləndirmək istəyir, lakin ayrı-ayrı məmurlar ona kömək əli uzatmaq əvəzinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iş adamına maneçilik törədirlər. Prezident İlham Əliyev sözügedən konfransdakı nitqində məmur özbaşınalığına qarşı barışmaz mövqeyini bir daha bəyan edib. Dövlət başçısı sahibkarlara üz tutaraq vurğulayıb: “Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır”.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə sahibkarlıqla bağlı narahatlıq yaradan məsələlər yalnız məmur özbaşınalığı ilə bağlı deyil. Etiraf etmək lazımdır ki, bir sıra hallarda özəl sektorda neqativ halların yaranmasında sahibkarların özləri də hansısa formada iştirak edirlər. Götürək elə bəzi sahibkarların fəaliyyətlərini qanunvericilikdən yan keçməklə qurmaq cəhdlərini. Sirr deyil ki, bəzi sahibkarların özləri əliəyri məmurlarla sövdələşmələrə girirlər, ayrı-ayrı hallarda hesabatlarını gizlədirlər, vergiləri tam şəkildə ödəməkdən yayınırlar. Prezident İlham Əliyev bildirib ki, sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. “Sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İş yerlərində əmək müqavilələri bağlanmalı, ixtisarlara yol verilməməlidir
Azərbaycan dövləti sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə güclü siyasi iradə nümayiş etdirir. Məlumat üçün bildirək ki, son 16 ildə respublikamızda təxminən 2 milyon yeni iş yeri yaradılıb və işsizlik səviyyəsi 5 faizədək aşağı endirilib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.
Respublikamızda iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilərkən əhalinin artım tendensiyası əsas götürülüb. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Bu, dünyanın ayrı-ayrı ölkələri ilə müqayisədə respublikamızın böyük üstünlüyüdür. Ancaq eyni zamanda, ölkəmizdə əhali sayının artması qarşıya yeni çağırışlar qoyur. Belə ki, artan əhali yeni iş yerləri ilə təmin olunmalıdır. Statistik məlumatlara görə, respublikamızda hər il əhali təxminən 100 min nəfər artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır.
Hazırkı inkişaf mərhələsində ölkəmizdə yeni iş yerlərinin yaradılması zərurəti ilə yanaşı, əmək münasibətlərinin qanunauyğun şəkildə tənzimlənməsi məsələsi də gündəmə gəlib. Sirr deyil ki, işəgötürənlər bir sıra hallarda əmək qanunvericiliyini kobud şəkildə pozurlar. Qanunvericiliklə respublikamızda 8 saatlıq iş günü müəyyənləşdirilib. Ancaq işəgötürənlər heç də hər zaman qanunvericiliyə əməl etmir və vəsaitlərinə qənaət etmək məqsədilə muzdlu işçiləri bəzən 10-12 saat, hətta bundan da çox işlədirlər. Prezident İlham Əliyev bildirib ki, buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir.
Əmək münasibətləri ilə bağlı digər bir məsələ də böyük aktuallıq daşıyır. Söhbət əmək münasibətlərinin leqallaşdırılmasından gedir. Ayrı-ayrı işəgötürənlərin bu və ya digər fəaliyyət sahəsinə cəlb etdiyi insanları onlarla əmək müqaviləsi bağlamadan işlətmələri ciddi qanun pozuntusudur. Belə ki, əmək müqaviləsi bağlamadan işə cəlb edilən vətəndaşlar tibbi sığorta, pensiya almaq və digər bu kimi hüquqlardan məhrum olurlar.
Bəhs olunan konfransda Prezident İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də mövcud iş yerlərinin qorunması ilə bağlıdır. Azərbaycan dövləti ölkədə yeni iş yerlərinin yaradılmasına güclü siyasi iradə nümayiş etdirdiyi halda, ayrı-ayrı şirkətlər bir sıra hallarda iş yerlərini azaltmaq və ixtisarlar aparmaq yolu tuturlar. Belə halların yolverilməz olduğunu növbəti dəfə diqqətə çatdıran Prezident İlham Əliyev “Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır”, - deyə vurğulayıb.
Ölkəmizdə bəzi hallarda əmək münasibətlərinin pozulmasından söhbət açarkən ödənişli ictimai işlərlə bağlı üstü açılan neqativ halları da qeyd etmək yerinə düşərdi. Respublikamızda ödənişli əsaslarla ictimai iş yerlərinin yaradılması təşəbbüsü bir neçə il bundan əvvəl Prezident İlham Əliyevdən gəlib. Bəhs olunan layihənin reallaşdırılmasında məqsəd ölkədə işsizlik səviyyəsini daha da azaltmaq, eyni zamanda, aztəminatlı insanlara dayaq durmaqdır. Ancaq təəssüflər olsun ki, regionlarda ödənişli işlərə cəlb olunan aztəminatlı vətəndaşlarımızın maaşına göz dikən, onu müxtəlif yollarla mənimsəyən məmurlar da peyda olub. Bu sahədə pozuntulara yol verən məmurların cəzalandırıldığına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır”.
Kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacaq
Narahatlıq yaradan neqativ məsələlərdən biri də kölgə iqtisadiyyatı ilə bağlıdır. Ölkədə genişməzmunlu yeni nəsil islahatlar aparıldığı indiki vaxtda kölgə iqtisadiyyatının mövcud olması ilə əsla barışmaq mümkün deyil. Kölgə iqtisadiyyatının mövcud olması liberal iqtisadiyyat prinsipləri ilə daban-dabana ziddir və respublikamızda rəqabət mühitinə mənfi təsir göstərir. Bəhs olunan konfransda da vurğulandığı kimi, kölgə iqtisadiyyatında yenə də iki tərəf var - dövlət nəzarətindən kənarda qalmağa çalışan, real dövriyyəsini gizlədən “sahibkarlar” və qulluq mövqeyindən sui-istifadə edərək belələrini himayə edən bəzi məmurlar. Bu kimi sövdələşmələrə son qoyulmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacaq. “Bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq”, - deyə dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, respublikamızda hər sahədə şəffaflığın təmin olunması, kölgə istisadiyyatına qarşı görülən tədbirlər yaxşı nəticələr verir. Xatırlatmaq yerinə düşər ki, ötən il reallaşdırılan belə mübarizə tədbirlərinin nəticəsində gömrük və vergi xidmətlərinin vasitəsilə büdcəyə nəzərdə tutulandan 1 milyard manat artıq vəsait cəlb edilib. 2020-ci ilin yanvar ayında isə vergi orqanları proqnozdan əlavə 120 milyon manat, gömrük orqanları isə 40 milyon manat vəsait yığıblar. Faktlardan da göründüyü kimi, bir ayda ancaq kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində 160 milyon manat vəsait əldə olunub.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

