Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransalı müşahidəçilər müşahidə apardıqları məntəqələrdə qaydalara ciddi riayət olunduğunu bildiriblər

Fransalı müşahidəçilər müşahidə apardıqları məntəqələrdə qaydalara ciddi riayət olunduğunu bildiriblər

10.02.2020 [12:12]

“Azərbaycanda fevralın 9-da keçirilmiş parlament seçkilərini izləmək üçün 20 seçki məntəqəsində müşahidə aparmışam, bir məntəqədə isə səslərin sayılması prosesini izləmişəm”. Bu sözləri Fransa Senatının Xarici əlaqələr və müdafiə komitəsinin vitse-prezidenti Joel Qerio Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Seçkilərin necə keçirilməsi və səslərin sayılması barədə çox dəqiq məlumat əldə edə bildiyini, bir sıra yeniliklərlə tanış olduğunu deyən müşahidəçi “Ən maraqlı cəhət seçki zamanı səs verən şəxslərin barmaqlarına rəngsiz mürəkkəbin vurulmasıdır ki, bu da bir seçicinin təkrar səs verməsinin qarşısını alır. Bu, digər ölkələrin praktikasında mövcud deyil”, - deyə bildirib.
J.Qerio deyib: “Müşahidə apardığımız məntəqələrdə qaydalara ciddi riayət olunurdu. Bir məntəqədən digərinə getməkdə çətinlik çəkmədik. Ümumilikdə proses müsbət məcrada keçirdi. Təşkilatçılara minnətdarlığımı bildirirəm”.
Fransanın Bol şəhərinin meri İv Metero isə 8 seçki məntəqəsində müşahidə apardığını deyib: “İxtisasca hüquqşünasam. Burada Seçki Məcəlləsini nəzərdən keçirmək imkanım oldu. Seçki Məcəlləsi asan anlaşıla bilən formada hazırlanıb. Bütün namizədlər ondan asanlıqla istifadə edə bilərlər. Seçkilər normal şəraitdə keçdi”.

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31