Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Valeriy Simulik: Namizədlərin sayının çoxluğu siyasi rəqabət üçün yaradılan gözəl şəraitdən xəbər verirdi

Valeriy Simulik: Namizədlərin sayının çoxluğu siyasi rəqabət üçün yaradılan gözəl şəraitdən xəbər verirdi

11.02.2020 [09:43]

Litvadan olan müşahidəçi, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Valeriy Simulik fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin nəticələri ilə əlaqədar mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Valeriy Simulik Azərbaycanda seçkilərin şəffaf qaydada keçdiyini bildirib.
Azərbaycanda bir neçə dəfə seçkilərdə müşahidə apardığını deyən müşahidəçi qeyd edib ki, demokratik seçki bütün cəmiyyətlər üçün bir imtahandır. Parlament seçkilərini bölgələrdə yaradılan seçki məntəqələrində izlədiklərini diqqətə çatdıran litvalı müşahidəçi bildirib: “Dünən 15 seçki məntəqəsinə baş çəkdik. Cocuq Mərcanlı kəndində də olduq. Müşahidəçilər yalnız partiya üzvləri deyildi, bitərəf şəxslər də var idi. Hər dairədə 10-dan çox namizədin olması siyasi rəqabət üçün yaradılan gözəl şəraitdən xəbər verirdi. Məntəqələrin birində namizədin müşahidəçi kimi iştirak etdiyinin şahidi olduq. Bu, bizdə mümkün deyil. Lakin Azərbaycan qanunvericiliyi buna imkan verir”.
V.Simulik namizədlərin təxminən 20 faizinin qadınlar olmasını müsbət hal kimi dəyərləndirib.

Paylaş:
Baxılıb: 364 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31