Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türk Şurası seçkilərin tam demokratik, ədalətli və şəffaf keçirildiyini bildirib

Türk Şurası seçkilərin tam demokratik, ədalətli və şəffaf keçirildiyini bildirib

11.02.2020 [09:45]

Fevralın 10-da Türk Şurasının müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb.
Təşkilatın Baş katibinin müavini Ömər Kocaman əvvəlcə Türk Şurasının müşahidə missiyasına Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələrin, həmçinin Türk Şurasının layihə rəhbərlərinin daxil olduğunu bildirib və əlavə edib ki, seçki prosesini iki missiyaya bölünərək müşahidə ediblər: “Bakı və Mingəçevirdə iki qrup halında seçkiləri müşahidə etmişik. Seçki məntəqələrində bizə hər bir məlumat verildi, müşahidələrimiz üçün lazımi şərait yaradıldı”.
Baş katibin müavini parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildirib. O vurğulayıb ki, seçki prosesi tam qanunauyğun şəkildə aparılıb: “Namizədlər üçün əlverişli şərait yaradılmışdı. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər. Bununla yanaşı, parlament seçkilərində qadın namizədlərin sayının kifayət qədər olması, çox sayda siyasi partiyaların, həmçinin beynəlxalq və yerli müşahidəçilərin iştirakı, məcburi köçkünlərin səs verməsi üçün əlverişli şərait yaradılması xüsusi qeyd edilməlidir. Bu da ədalətli və şəffaf seçkilərin keçirildiyini təsdiqləyir”.
Prosesin Azərbaycan Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun olaraq keçirildiyini qeyd edən Ömər Kocaman seçkinin uğurla başa çatmasına görə Azərbaycan xalqını təbrik edib: “Azərbaycanda parlament seçkilərinin tam demokratik keçirildiyini əminliklə deyə bilərik. Azərbaycan xalqı üçün xeyirli və uğurlu olsun. Azərbaycanın son 20 ildəki inkişafı göz qabağındadır. Bütün dünya bu inkişafı görür”.
Q.RAMAZANOV

Paylaş:
Baxılıb: 390 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31