Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası 9 fevral seçkilərini yüksək qiymətləndirib
11.02.2020 [09:55]
Fevralın 10-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransı keçirib. Mətbuat konfransını giriş sözü ilə açan ŞƏT müşahidə missiyasının məsul katibi Daniyar Çirkeyev təşkilatın Milli Məclisə keçirilən seçkilərdə apardığı müşahidə prosesi haqqında məlumat verib.
Daha sonra Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının rəhbəri, ŞƏT-in baş katibinin müavini Şerali Conon fevralın 9-da keçirilən seçkilərin təşkili, gedişi və əldə edilən nəticələr barədə danışıb.
Ş.Conon əvvəlcə bildirib ki, ŞƏT katibliyi Milli Məclisə seçkilərin Azərbaycanın Seçki Məcəlləsinə müvafiq olaraq keçirilməsini izləyəcək müşahidəçilər qrupunun formalaşdırılmasına hələ 2019-cu ilin dekabrında başlayıb. Ş.Conan qeyd edib ki, ŞƏT missiyası hazırlıq prosesi ilə tanış olub.
Daha sonra o vurğulayıb ki, seçkilərə hazırlıq yüksək səviyyədə olub və parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib: “Mərkəzi Seçki Komissiyasının (MSK) saytında namizədlər haqqında məlumat yerləşdirilmişdi. Seçki məntəqələrinin bir çoxunda səsvermənin gedişini real vaxt rejimində müşahidə imkanı əldə etmək üçün şərait yaradılmışdı. MSK-da “qaynar xətt” fəaliyyət göstərirdi, vətəndaşların müraciətlərinə diqqətlə baxılırdı. Ümumiyyətlə, seçkilərin beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun keçirilməsi üçün bütün şərait yaradılmışdı. Seçkilərin bu səviyyədə keçirilməsi Azərbaycan qanunvericiliyinin səmərəliliyinin göstəricisidir”.
Müşahidə missiyasının rəhbəri Ş.Conon xatırladıb ki, ŞƏT-in seçkiləri müşahidə missiyası Abşeron və Qaradağ rayonları, Gəncə, Sumqayıt, Şirvan şəhərlərində yerləşən 204 məntəqədə müşahidə aparıb: “Seçki günü ŞƏT missiyasının apardığı monitorinq nəticəsində məlum olub ki, seçkilərə hər hansı müdaxilə və maneə baş verməyib”.
ŞƏT-in müşahidəçilər missiyasının digər üzvü, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvü Siyabşah Şapiyev seçki məntəqələrində apardıqları müşahidə və təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, əvvəldən axıra qədər seçki prosesini izləyiblər: “Seçkilər çox yüksək səviyyədə keçdi və havaların soyuq olmasına baxmayaraq, seçicilər gəlib öz vətəndaşlıq borclarını yerinə yetirdilər”.
Özbəkistan Mərkəzi Komissiyasının üzvü Baxican Yunusov Milli Məclisə keçirilən seçkilərin Azərbaycan Seçki Məsəlləsinin tələblərinə uyğun olaraq keçirildiyini, onun müşahidə apardığı 46 saylı Şirvan seçki dairəsində yerli müşahidəçilərin də fəallıq göstərdiyini, seçkilərin şəffaf və demokratik şəkildə baş tutduğunu qeyd edib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Kanat Nauruzbayev isə Abşeron rayonunda yerləşən dairələrdə apardığı müşahidənin nəticələrini diqqətə çatdırıb: “Səsvermə xalqın öz iradəsini azad şəkildə ifadə etməsi şəraitində beynəlxalq standartlara və normalara uyğun şəkildə keçirilib. Buna görə də dost və qardaş Azərbaycan xalqını təbrik edir, onlara çiçəklənmə və rifah arzulayıram”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59

