“Hər bir seçki hər şeydən əvvəl demokratiya hadisəsi və göstəricisidir”
13.02.2020 [09:21]
“Hər bir seçki hər şeydən əvvəl demokratiya hadisəsi və göstəricisidir. Əgər bir ölkədə seçki keçirilirsə və bunu təmin edən siyasi-hüquqi iradə varsa, deməli, burada demokratiya var və qanunun aliliyi təmin edilməlidir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, 2020-ci il fevral ayının 9-da ölkəmizdə keçirilən parlament seçkiləri də milli demokratiya tariximizin mühüm hadisələrindən biridir: “Artıq seçki başa çatıb və xalqımız öz siyasi iradəsini ifadə etməklə yeni qanunverici orqanı formalaşdıracaq namizədlərə səs verib. Mərkəzi Seçki Komissiyası yerli qurumlarından daxil olan rəsmi protokollar əsasında dairələr üzrə seçilənlərin siyahısını ictimailəşdirib və önümüzdə prosesin tam başa çatması üçün növbəti hüquqi prosedurlar var. Seçkini müşahidə etmək üçün ölkəmizə gələn çoxsaylı qonaqlar seçki prosesində onun nəticələrini şübhə altına ala biləcək hər hansı fakta rast gəlmədiklərini bildiriblər. Ancaq təəssüf ki, sosial şəbəkələrdə hələ də guya seçkidə hansısa qanun pozuntularının olması iddialarını əsaslandırmağa çalışan şəbəkə iştirakçıları var. Bu zaman polisin seçki məntəqəsində qanunun aliliyini təmin etməsi, təəssüf ki, çox yanlış olaraq onun seçkiyə müdaxiləsi halı kimi təqdim edilərək hadisə manipulyasiya edilir. Düşünürəm ki, əslində, bu cəhdin özü qanun pozuntusudur. Çünki heç bir vətəndaşın qanun keşikçilərinin qanunu təmin etmək cəhdlərini ictimai rəyə qanun pozuntusu kimi təqdim etmək hüququ yoxdur. Bu, təhlükəsizliyimizi təmin edən hüquq-mühafizə orqanının işgüzar nüfuzuna bilərəkdən zərər vurmaq cəhdidir. Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində baş verən hadisələrə müdaxiləsi məhz məntəqə sədrinin qanunun aliliyini təmin etmək üçün polisə müraciət etməsi nəticəsində görülmüş hüquqi tədbirdir ki, bu da tamamilə qanunidir və bütün vətəndaşlar tərəfindən təqdir edilməlidir. Əks halda biz nə demokratiyadan, nə insan hüquqlarından, nə də seçki hüququmuzun təmin edilməsindən danışa bilərik”.
Xəbər lenti
Hamısına baxAnalitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56

