Çinin “Voice of Diplomacy” internet televiziyasında Azərbaycana həsr olunan veriliş yayımlanıb
13.02.2020 [09:24]
Çinin “Voice of Diplomacy” internet televiziyasında Azərbaycan ilə Çin arasında mədəni sahədə əməkdaşlığa, Azərbaycan poeziyasının görkəmli nümayəndələri olan Nizami Gəncəvi və İmadəddin Nəsimi barədə veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin konsepsiyasına uyğun olaraq ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı müsahibəsində Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin gözəlinin nəql etdiyi “Xeyir və Şər” mənzum hekayəsindən bir parçanı Azərbaycan dilində səsləndirib, bu fəlsəfi şeir nümunəsində Azərbaycan və Çinin qədim İpək yolu vasitəsilə əlaqələrindən bəhs edib, dahi Nizaminin yaradıcılığına geniş nəzər salıb. Səfir Azərbaycanın mütəfəkkir şairinin ədəbi irsinin bütün dünyada öyrənildiyini və onun xatirəsinə bir çox şəhərlərdə, o cümlədən Çinin paytaxtı Pekində abidə ucaldıldığını diqqətə çatdırıb.
Azərbaycan musiqilərinin səsləndirildiyi, ölkəmizin turizm potensialına dair “Azərbaycanın ruhu” videoçarxından hissələrin nümayiş etdirildiyi verilişdə Ə.Zeynallı, digər mütəfəkkir şairimiz İmadəddin Nəsiminin yaradıcılığına da nəzər salıb, ötən il Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini, bu münasibətlə Pekin Xarici Dillər Universitetində Azərbaycan Dili və Ədəbiyyatı Sərgisinin keçirildiyini və ictimaiyyətə dahi şairin yaradıcılığı barədə geniş məlumat verildiyini bildirib, tamaşaçılara onun yaradıcılığı ilə tanış olmağı tövsiyə edib.
Azərbaycan incəsənət ustalarının Çində çıxışlarının təşkil edildiyini qeyd edən diplomat, Azərbaycanın Çində bir sıra humanitar layihələrdə, o cümlədən Xarici İşlər Nazirliyinin təşkil etdiyi beynəlxalq xeyriyyə yarmarkasında fəal iştirak etdiyini diqqətə çatdırıb. O, iki ölkə arasında humanitar əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyini xüsusi vurğulayıb, Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb.
Verilişdə Çin Yeni ili və Novruz bayramı arasında paralellər aparılıb, hər iki ölkənin adət-ənənələrindəki oxşarlıqlar barədə danışılıb. İki ölkənin gənclərinin səfər mübadiləsi, təhsil sahəsində əməkdaşlıq, turizm əlaqələrinin inkişafı, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ticari əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair məlumat verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

