/ / Vüqar Rəhimzadə: Yeni parlament ölkəmizin hərtərəfli inkişafına yönələn təkmil qanunların qəbulunu daha da sürətləndirəcək
Vüqar Rəhimzadə: Yeni parlament ölkəmizin hərtərəfli inkişafına yönələn təkmil qanunların qəbulunu daha da sürətləndirəcək
11.03.2020 [09:11]
9 fevral parlament seçkiləri Azərbaycanın demokratiya tarixinə yeni bir səhifə yazdı. Bu tarix, eyni zamanda, yeni, təkmil, müasir parlamentin formalaşmasının başlanğıcı oldu. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmənin qanunverici qurumda da öz əksini tapması günümüzün əsas tələbinə çevrilməklə ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının belə bir təşəbbüslə çıxış etməsini şərtləndirdi. Artıq martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Əminik ki, yeni fəaliyyətə başlayan parlament bütün sahələrin inkişafına xidmət edən yeni, təkmil qanunların qəbulu ilə ölkəmizin davamlı inkişafına öz dəstəyini verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər doktoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə Azərbaycan dünyada ilk onluqdadır. Təkcə ötən ildə və cari ilin arxada qalan dövründə atılan addımlara, imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Bu gün ölkəmizdə hansı sahəyə diqqət yetirsək, yalnız və yalnız böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan qanunlarımızın, Milli Konstitusiyamızın zamanın tələbinə uyğun olaraq təkmilləşməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətidirsə, bu halda yeniləşmənin, təkmilləşmənin ümumilikdə qanunverici hakimiyyəti əhatə etməsi də təqdirəlayiqdir.
Baş redaktor diqqəti Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbrikinə, eyni zamanda, beşinci çağırış Milli Məclisin deputatlarının səmərəli fəaliyyətlərinə verdiyi yüksək dəyərə yönəldərək bildirib ki, dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
V.Rəhimzadə vurğulayıb ki, altıncı çağırış Milli Məclisə seçkilər bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olmasında maraqlı olduğunu ortaya qoydu: “Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün eyni şəraitin yaradılması dövlət siyasətinin əsasında dayanır. 9 fevral parlament seçkilərində 20-yə yaxın siyasi partiyanın iştirakı deyilənlərin bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında da xüsusi vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) yerlərin əksəriyyətini əldə edib. Prezident İlham Əliyev bu çağırışı da edib ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar”.
Baş redaktor Prezident İlham Əliyevin çıxışında əksini tapan mühüm məqamlardan geniş bəhs edərək bildirib ki, dövlətimizin başçısı bir daha bu reallığı diqqətə çatdırıb ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.
V.Rəhimzadə altıncı çağırış Milli Məclisə seçilmiş bütün deputatları, eyni zamanda, Milli Məclisin və komitələrin yeni rəhbərliyini təbrik edib, Azərbaycanın daha da inkişafı üçün bütün sahələrdə, o cümlədən həqiqətlərimizin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərində uğurlar arzulayıb. Modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycanın yeni iqtisadi, sosial, hüquqi islahatların, həmçinin dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında hakimiyyətin hər üç-icra, qanunverici və məhkəmə-hüquq sistemində təkmilləşmənin vəhdətliyinin qorunması əhəmiyyətli rol oynayır. Əminik ki, dünyanın diqqətini ölkəmizə yönəldən uğurlarımız bundan sonra da davamlı olacaq, Azərbaycan yeniliklərə imza atan ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq bu günümüzün reallıqları sırasındadır.
Xəbər lenti
Hamısına baxElanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17

