/ / Azərbaycanı Türkmənistan üçün cazibədar edən amillərdən biri də ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlardır
Azərbaycanı Türkmənistan üçün cazibədar edən amillərdən biri də ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlardır
13.03.2020 [09:13]
Azərbaycan-Türkmənistan münasibətlərinin getdikcə daha dinamik və qarşılıqlı faydalılıq prinsipi əsasında inkişafı enerji və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açmaqla yanaşı, Asiya subregionlarında yaşayan, əsasən eyni kökə, mədəniyyətə, tarixə malik olan xalqların qurduğu dövlətlər arasında əlaqələrin intensivləşməsi əməkdaşlığın genişlənməsində mühüm rol oynaya biləcək əlverişli platformanın yaradılmasına xidmət edir. Azərbaycan-Türkmənistan münasibətlərinin mövcud strateji tərəfdaşlıq müstəvisinə qədər inkişaf etdirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Bunu qardaş Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da öz çıxışında xüsusi olaraq qeyd etdi. Bu isə Azərbaycan Prezidentinin regionda və dünyada baş verən proseslərə yanaşmasından, strateji dünyagörüşünə malik olmasından və uzaq hədəfləri dəqiq müəyyənləşdirməsindən irəli gəlir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan və Türkmənistanın əlverişli coğrafi mövqeyi, Bakı və Türkmənbaşı şəhərləri arasındakı məsafənin yük daşınmaları, fiber-optik rabitə xətlərinin tikintisi və digər istiqamətlər üzrə əməkdaşlıq üçün geniş imkanlar açması hər iki dövlətin daha da yaxınlaşmasını zəruri edir.
E.Mirzəbəyli deyib ki, adətən regional və beynəlxalq əməkdaşlıq formatlarına neytral dövlət statusundan yanaşan Türkmənistanın Azərbaycanla daha sıx əməkdaşlığa can atması, ilk növbədə, ölkəmizə və onun liderinə olan yüksək etimadın göstəricisidir. Azərbaycanın enerji və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi sahəsində göstərdiyi təşəbbüslər və bu təşəbbüslərin reallığa çevrilməsi, ölkəmizin öz öhdəliklərinə münasibətdə nümayiş etdirdiyi sabit və dayanıqlı mövqe bu etimadın yaranmasında mühüm rol oynayıb. Azərbaycanı regionun lider dövləti kimi Türkmənistan üçün cazibədar edən amillərdən biri də ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar, qeyri-enerji sektorunun inkişafı istiqamətində atılan addımların öz praktik nəticəsini verməsidir. Bu baxımdan Azərbaycanın əldə etdiyi nəticələr qardaş Türkmənistan üçün də model rolunu oynaya bilər.
Ekspert əlavə edib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Türkmənistanın Ticarət-Sənaye Palatası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında imzalanan anlaşma memorandumları da qeyri-neft sektorunda əlaqələrin inkişafına, sərmayələrin təşviqinə geniş imkanlar açır.
E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanla Türkmənistan arasında dil, ədəbiyyat və mədəniyyət sahəsində imzalanan sənədlər də ortaq tarixə, mədəniyyətə, dilə malik olan Azərbaycan və türkmən xalqlarının daha da yaxınlaşmasına, ortaq dəyərlərin bütün digər istiqamətlər üzrə əməkdaşlığın bünövrəsi kimi daha da möhkəmləndirilməsinə xidmət edir. Bu məsələdə də Azərbaycan türk dünyasında birləşdiricilik missiyasını uğurla həyata keçirir. Ölkəmizin türkdilli dövlətlərin hər biri ilə gerçəkləşdirdiyi ikitərəfli əməkdaşlıq missiyası daha geniş əməkdaşlıq formatlarının möhkəmləndirilməsi qarşılıqlı etimad mühitinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

