/ / Hökumət neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər planlarına malikdir
Hökumət neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər planlarına malikdir
13.03.2020 [09:14]
Bu gün beynəlxalq aləmdə cərəyan edən proseslər, baş verən mühüm hadisələr Azərbaycan ictimaiyyəti tərəfindən maraqla izlənilir, müvafiq təhlillər aparılır. Son günlər gündəmi zəbt edən əsas məsələlərdən biri OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsidir. Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin operativ iclasında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsiri ilə bağlı müzakirələr keçirilib. Müzakirələrin gedişində bir daha məlum oldu ki, hökumət neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər planlarına malikdir. Bir sözlə, hər şey nəzarətdədir və lazım olan bütün addımlar atılır.
Bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dünyada 2014-cü ildən başlanan qlobal maliyyə böhranına baxmayaraq, ölkəmizin dayanıqlı iqtisadi inkişafı təmin edilib. Son illər ölkə iqtisadiyyatının inkişafı daha da sürətlənib, mühüm sosial layihələr icra edilib. Statistik rəqəmlərə diqqət yetirsək bir daha bu reallığın şahidi olarıq. Belə ki, bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları həcmindədir. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 17 faiz təşkil edir. Bu, dünyada ən aşağı göstəricilər sırasındadır. Qeyd etdiyimiz kimi, ölkəmizin iqtisadi inkişafının davamlılığı təmin edilib. Ötən illərdə olduğu kimi, 2020-ci ildə də həyatın bütün sahələrində müsbət inkişaf dinamikasını müşahidə etmək mümkündür. Belə ki, bu ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz artıb, inflyasiya 2,8 faiz təşkil edib.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, ölkə iqtisadiyyatında dayanıqlı inkişaf təmin edilməklə yanaşı, şaxələndirmə də sürətlə davam etdirilir. İqtisadiyyatın ayrı-ayrı sahələrinə böyük miqdarda investisiyalar qoyulur, paytaxt, eləcə də regionlarda iri istehsal müəssisələri istifadəyə verilir. Büdcə xərclərinin səmərəliliyi artırılır, eyni zamanda, optimallaşdırılır. Vergi və gömrük sistemində köklü, çevik və müasir dövrün tələblərinə uyğun islahatlar aparılır. Həmçinin insanların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan sosial layihələrin icrası uğurla davam etdirilir.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün hökumət tərəfindən istehlak bazarına ciddi nəzarət həyata keçirilir. Aidiyyəti qurumlar mütəmadi olaraq yoxlamalar aparırlar. Mövcud vəziyyətdən öz maraqları üçün yararlanmağa çalışan bəzi fürsətcil sahibkarlara qarşı ciddi tədbirlər görülür. Bir sözlə, hökumət mövcud durumu ciddi nəzarətdə saxlayır.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

