Mübariz Qurbanlı: Koronavirusla mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür
20.03.2020 [09:58]
“Koronavirusa qarşı Azərbaycanda məqsədyönlü mübarizə aparılır, bununla bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb”. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, qərargahın təlimatına uyğun olaraq kütləvi tədbirlər dayandırılıb: “Ona görə də Azərbaycanda dinə aid olan məbədlərdə, ziyarətgahlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda kütləvi toplaşma ilə bağlı məsələlərə baxılıb və dini ayinlər dayandırılıb. Bununla da insanların kütləvi şəkildə dini ayinlərə toplanması aradan qaldırılıb. Bu qayda Operativ Qərargahın kütləvi tədbirlərin keçirilməsi ilə bağlı növbəti müvafiq qərarına qədər davam edəcək”.
Komitə sədri vurğulayıb ki, koronavirusla bağlı mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür: “Hesab edirəm ki, burada vətəndaş məsuliyyəti çox mühüm rol oynayır. Çünki bu virusa qarşı mübarizə ümummilli, dövlət təhlükəsizliyi ilə bağlı olan məsələdir. Burada hər bir Azərbaycan vətəndaşı bu məsuliyyəti üzərində hiss etməlidir, Operativ Qərargahın verdiyi qərar və tövsiyələrə tam şəkildə əməl etməlidir və bizim vətəndaşlarımız burada milli birlik, milli həmrəylik və dövlətçilik məsələlərində tam birlik nümayiş etdirməlidir.
Bu gün möhtərəm Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbriki zamanı söylədiyi fikirlər, Prezidentin apardığı siyasət xalq tərəfindən yüsək dərəcədə dəstəklənir. Ona görə də koronavirusa qarşı aparılan mübarizədə birgə olmalıyıq, tələbləri və tövsiyələri yerinə yetirməliyik. Bununla bağlı dövlət çox ciddi addımlar atıb, vəsait ayrılıb. Elə bu gün cənab Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və mübarizəyə əlavə 20 milyon manat vəsait ayrıldı. Görülən bu tədbirlər koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

