Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda həyata keçirilən kompleks islahatlar siyasi sistemin inkişafına xidmət edir

Azərbaycanda həyata keçirilən kompleks islahatlar siyasi sistemin inkişafına xidmət edir

26.04.2020 [13:24]

Dialoqdan imtina edən marginal qruplaşma isə səmərəli islahatların üzərinə kölgə salmağa, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır

Məlum olduğu kimi, son illərdə ölkədə həyata keçirilən islahatlar bütün sahələri əhatə edir və cəmiyyət tərəfindən müsbət qarşılanır. Bu islahatların növbəti mərhələsi kimi parlament seçkilərin keçirilməsi, Milli Məclisin rəhbərliyinin formalaşmasındakı yeniliklər siyasi sistemin yeni konfiqurasiyasını ortaya çıxarıb. Eyni zamanda, ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrin təmsilçiləri, o cümlədən partiya sədrləri ilə hakimiyyətin təşəbbüsü əsasında görüşlərin keçirilməsi iqtidarın siyasi dialoqun inkişafı istiqamətində davamlı addımlar atılmasında maraqlı olduğunu göstərir.

Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Cavid Osmanov seçkilərdən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, müxalifət nümayəndələrinin parlament komitələrinin rəhbərliyinə seçilməsini, hakimiyyətin təşəbbüsü ilə parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsini yüksək qiymətləndirib: “Ölkədə mövcud olan və dövlətçilik prinsiplərini bütün maraqlardan üstün tutan siyasi qüvvələrin mütləq əksəriyyəti siyasi dialoq təklifini müsbət qarşılayıb. Eyni zamanda, yeni siyasi konfiqurasiyanın formalaşmasını şərtləndirən addımlar cəmiyyətdə yüksək qiymətləndirilir, həmçinin hakimiyyətə müxalifətdə olan əksər siyasi qüvvələr tərəfindən təqdir edilir”.

Deputat bildirib ki, hakimiyyətin bu təşəbbüsünü düzgün qiymətləndirməyərək dialoqdan imtina edən marginal qruplaşmalar da mövcuddur ki, onlar atılan addımları alqışlamaq əvəzinə, həmişə olduğu kimi, apardıqları saxta təbliğat vasitəsilə Azərbaycan dövlətini nüfuzdan salmağa yönəlmiş fəaliyyətlə məşğul olurlar. 

Milli Məclisin deputatı İlham Məmmədov isə deyib ki, yeni siyasi konfiqurasiyanın yaranması ilə yanaşı, siyasi dialoq prosesinin başlanması əksər siyasi qüvvələr tərəfindən təqdir olunur: “Siyasi qüvvələrin təmsilçiləri ilə görüşlər, habelə bu günlərdə bir neçə siyasi partiyanın rəsmi qeydiyyatdan keçməsi siyasi və hüquqi islahatlar kontekstində mühüm əhəmiyyətə malikdir”. Deputatın sözlərinə görə, siyasi dialoqdan imtina edənlər isə radikal düşərgədə təmsil olunanlardır. Onun sözlərinə görə, həmin marginal qruplaşmalar dövlətin həyata keçirdiyi genişmiqyaslı tədbirlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar: “Ölkədə aparılan islahatlara müsbət yanaşmayan, yeni siyasi konfiqurasiyanın yaranmasına qarşı çıxan və dialoqdan imtina edənlərin mövqeyi anlaşılmazdır. Ona görə də Azərbaycan hakimiyyətinin təklif etdiyi siyasi dialoqdan imtina edənlər “siyasi qüvvə” deyil, “marginal qruplaşma” olduqlarını isbat etdilər. Bununla radikal düşərgədə cəmləşən antimilli qüvvələrin bir daha uzun illərdir iqtidara deyil, dövlətə, xalqa qarşı çirkin mübarizə apardıqları sübut olundu”.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 345 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30