/ / DOST mərkəzlərində tətbiq olunan innovasiyalar Azərbaycan dövlətinin gələcəyə baxışı ilə tam uzlaşır
DOST mərkəzlərində tətbiq olunan innovasiyalar Azərbaycan dövlətinin gələcəyə baxışı ilə tam uzlaşır
21.05.2020 [13:21]
Prezident İlham Əliyev: Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır
Son illərdə Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsini, vətəndaşların sosial təminatlarının əhatə dairəsinin genişləndirilməsini hədəfləyən kompleks tədbirlər həyata keçirilir. Respublikamızda inklüzivliyin artırılmasına, sosial xidmətlərə əlçatanlığın təmin olunmasına geniş imkanlar açan DOST mərkəzlərinin yaradılması buna misaldır. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər. Açılış mərasimində dövlətimizin başçısına və birinci xanıma 2020-ci ilin əvvəlindən indiyədək sosial sahədə əldə olunan uğurlar, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri, elektron sistemlər üzərindən göstərilən proaktiv xidmətlər, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avtomobil təminatı, günərzi qayğı, icma əsaslı sosial reabilitasiya və yardım mərkəzləri, habelə DOST agentliyinin regional və beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlər barədə məlumatlar verilib. Prezident İlham Əliyev yeni açılan DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizdə Dost mərkəzlərinin yaradılmasını çox gözəl sosial təşəbbüs kimi dəyərləndirərək vurğulayıb: “Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür”.
Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir
Azərbaycan sosial dövlətdir. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sosial sfera dövlət siyasətinin əsas prioriteti kimi müəyyənləşdirilib. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi”, - deyə bildirib.
Xatırladaq ki, bəhs olunan sosial paketin əhatə dairəsi çox geniş idi. 2019-cu ilin əvvəlindən başlayaraq iki mərhələdə reallaşdırılan böyük sosial paketdən 4 milyon 200 min insan bəhrələnib. Böyük maliyyə tutumuna malik olan sosial islahatlar çərçivəsində minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında lider dövlətdir. Həmçinin əhalinin ayrı-ayrı kateqoriyalarına verilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 2 dəfə. Ötən il respublikamız yenə də liderlik keyfiyyəti nümayiş etdirərək problemli kreditlərlə bağlı məsələnin həllinə nail olub. Bütün bu kimi tədbirlər milyonlarla insanın həyat səviyyəsinin yaxşılaşmasında, gəlir imkanlarının artmasında öz əksini tapıb. “Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir”, - deyə Prezident İlham Əliyev bildirib.
Respublikamızda cari ildə də dərinməzmunlu sosial siyasətin ardıcıllığı təmin edilir. Bütövlükdə, 2020-ci ildə sosial sahədə görülən işlər ötən il həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Bu ilin fərqli cəhəti ondan ibarətdir ki, respublikamız pandemiya şəraitində yaşayır və öz gündəliyini də bundan irəli gələn çağırışlara uyğun müəyyənləşdirib. O cümlədən respublikamızda sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılıb. Ölkəmizdə pandemiya şəraitində kifayət qədər əhatəli olan məşğulluq və sosial rifaha dəstək proqramı reallaşdırılır. Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib, eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Respublikamızda pandemiya şəraitində dövlətdən 190 manat məbləğində sosial yardım alan insanların sayı Prezident İlham Əliyevin təşəbbüsü ilə 200 mindən 600 minə çatdırılıb. Ölkəmizdə 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunub və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Respublika üzrə 90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulub. Özünüməşğulluq proqramının reallaşdırılmasında yaxşı nəticələr qazanılır. Cari ildə ölkə üzrə 12 min insanın bu proqrama qoşulması nəzərdə tutulub. Prezident İlham Əliyev ölkəmizdə pandemiya şəraitində heç bir sosial proqramın ixtisara salınmadığına diqqət çəkərək vurğulayıb: “Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Sosial xidmətlərin göstərilməsində şəffaflığı yüksək səviyyədə təmin edən DOST mərkəzlərinin fəaliyyətinin bəyənilmə əmsalı 96 faizə çatıb
Ölkəmizdə aparılan islahatlar çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi idarəetmənin optimallaşdırılmasına, vətəndaşlara göstərilən sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasına, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsinə hesablanıb. Deyilənlər baxımından Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Respublikamızda ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib. “Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib. DOST mərkəzlərində vətəndaşlara 130-dan çox xidmət göstərilir. DOST mərkəzlərinin fəaliyyətini vətəndaşlara sosial xidmətlərin göstərilməsində mühüm yenilik kimi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır”.
Əsas məqamlardan biri ondan ibarətdir ki, DOST mərkəzlərində innovasiyaların tətbiqinə geniş meydan verilir. Bu, Azərbaycan hakimiyyətinin gələcəyə baxışı ilə tam uzlaşır. DOST mərkəzlərində müasir texnologiyaların tətbiqi bir tərəfdən göstərilən xidmətlərə əlçatanlığı artırır, digər tərəfdən isə vətəndaş-məmur təmasları minimuma enir, şəffaflıq yüksək səviyyədə təmin edilir. Bütün bunlar isə son nəticədə ölkədə vətəndaş məmnunluğunun yüksək səviyyəyə qalxmasını şərtləndirir. “DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur”, - deyə Prezident İlham Əliyev bildirib.
Yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək.
Gələcəkdə ölkəmizdə DOST mərkəzlərinin əhatə dairəsi daha da genişlənəcək. Belə ki, respublikamızda 2025-ci ilədək 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə, DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

