/ / Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Şaumyan rayonu ilə bağlı bəyanatına cavab verib
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Şaumyan rayonu ilə bağlı bəyanatına cavab verib
17.06.2020 [08:55]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-ə açıqlamasında Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatını şərh edib.
AZƏRTAC xəbər verir ki, Leyla Abdullayevanın açıqlamasında deyilir: “Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonunun guya ki, işğal olunmasına dair bəyanatı təcavüzkar Ermənistanın Azərbaycana qarşı olan əsassız ərazi iddialarının ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu ilə məhdudlaşmadığını aşkar şəkildə göstərir.
Azərbaycanın keçmiş Şaumyan rayonu ilk dəfə 1930-cu ildə keçmiş Gəncə qəzasının ərazisində əsasən ermənilərin məskunlaşdığı ərazilərin daxil olduğu Şaumyan kənd rayonu inzibati vahidi şəklində yaradılıb. Bu rayon heç vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə rayon ləğv edilərək Qasım İsmayılov rayonunun tərkibinə daxil edilib, sonradan isə onun tarixi adı qaytarılaraq Goranboy adlandırılıb.
Ermənistan XİN-in Azərbaycanı öz beynəlxalq tanınmış ərazilərini işğal etməkdə ittiham etməsi gülünc olduğu qədər, yumşaq dillə desək anlaşılmazlıq doğurur. Xatırladırıq ki, hələ 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarqsyan Azərbaycana qarşı” adlı qərarının 30-cu paraqrafında məhkəmə qeyd edib ki, keçmiş Şaumyan rayonunun (Goranboy) “DQR tərəfindən ərazisinin bir hissəsi olduğu iddia edilir...”. Təqdim olunan dəlilləri nəzərdən keçirən məhkəmə 134 və 139-cu paraqraflarda müəyyən edib ki, bu rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və beləliklə, Ermənistanın iddiası rədd edilir.
Ermənistan XİN-in Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin hərbi işğalına, bu ərazilərdəki yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozuntusuna görə məhz Ermənistanın tam məsuliyyət daşıdığı məsələdən beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədilə verdiyi bu bəyanat işğalçı ölkənin faktların saxtalaşdırılması üzrə çirkin təcrübəsidir.
İşğalçı ölkənin bu bəyanatı Ermənistan rəhbərliyinin, əslində, öz əhalisini sülhə necə hazırladığını bütün dünyaya nümayiş etdirdi. Ümumilikdə qeyd etmək istərdim ki, Ermənistan XİN-in son bəyanatı onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə yönəldilib. Onların bunu bilərəkdən, yaxud Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində hazırda açıq-aydın təklikdə qaldıqları üçün çıxılmaz vəziyyətdən irəli gələrək etdiklərini söyləmək çətindir. Ermənistan tərəfini nəinki dünyada dəstəkləyən, hətta onların mövqeyinə anlayış göstərən nə bir dövlət, nə də bir qüvvə var.
Bəlkə də Ermənistan XİN-in son açıqlamasına öz ölkələrindəki mürəkkəb daxili vəziyyət təsir göstərib və bu yolla onlar öz xarakterlərinin ağırlığını göstərmək istəyirlər. Ancaq məntiqi o olardı ki, Ermənistan tərəfi bizimlə masa arxasında oturaraq, bütün səviyyələrdə dəfələrlə bəyan edilən təkliflər əsasında danışıqları yekunlaşdırsın”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

