Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana növbəti dəfə sarsıdıcı siyasi zərbə vurdu
22.06.2020 [23:36]
"Valday", Aşqabad, Türk Şurası və Qoşulmama Hərəkatının Bakı sammitlərindən sonra işğalçı Ermənistan, onun bədnam baş naziri Nikol Paşinyan növbəti sarsıdıcı zərbə aldı. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ermənistana və Paşinyana növbəti dəfə öldürücü və sarsıdıcı siyasi-diplomatik zərbə vuruldu.
Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva AZƏRTAC-a açıqlamasında deyib.
Deputat bildirib ki, Ermənistan baş nazirinin növbəti yersiz replikası və təxribatı onun və Ermənistanın bir daha fiaskosu oldu. Prezident İlham Əliyev Paşinyanı dərhal yerində oturtdu, ona layiq olduğu yerini göstərdi. Azərbaycan Prezidenti “... bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”, - deyərək həm Paşinyanın, həm də Ermənistanın təxribatçı, təcavüzkar və işğalçı mahiyyətini bir daha açıb ortaya qoydu, hər kəsə nümayiş etdirdi. Prezident İlham Əliyevin dəmir məntiqi qarşısında heç kim Ermənistana azacıq da olsa dəstək vermədi. Bu, mümkün də deyildi.
“Beləliklə, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında Azərbaycan Ordusu tərəfindən layiqli cavab alan, ağır hərbi məğlubiyyətə uğradılan Ermənistana davamlı olaraq siyasi-diplomatik cəbhədə də ardıcıl və sarsıdıcı zərbələr vurulur. İşğalçı ölkə həm hərb meydanında, həm də diplomatik savaşda güclü və qüdrətli Azərbaycana uduzur. Bu, Ermənistan üçün artıq sonun başlanğıcıdır, bu ölkə uğursuzluğa və fiaskoya məhkumdur. Çünki əsrlərdir apardıqları bədnam, məkrli və murdar siyasət sonunda məhz bu cür də nəticələnməli idi. Nikol Paşinyanın hakimiyyətə gəlişi nəinki Ermənistanın bütün sahələrdə çöküşünün və tənəzzülünün qarşısını ala bilmədi, əksinə, bu prosesi gündən-günə sürətləndirməkdədir. Bu gedişlə onları kimsə, hətta arxalandıqları dairələr və qüvvələr də xilas edə bilməyəcək. Çünki hər kəs onlardan üz döndərməkdə, onlara arxa çevirməkdədir. Odur ki, istər hərbi savaşda, istərsə də siyasi-diplomatik mübarizədə qələbə, zəfər mütləq şəkildə bizimlədir və bizim olacaq. Azərbaycan dövləti bütün ərazilərində öz suveren hüquqlarını tezliklə bərpa edəcək. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, “Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə Jalə Əliyeva xüsusi vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

