Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Moskvada hərbi parad keçirilib
25.06.2020 [09:46]
Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə iyunun 24-də Moskvada hərbi parad keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin fəxri qonaqlar və veteranlarla birlikdə paradı izləyib.
Tədbirdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə qonaq qismində iştirak edib.
Azərbaycan Ordusunun 75 hərbçisindən ibarət parad heyəti hərbi marşla tribunaların önündən keçib. Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.
Hərbi paradda 14 minə yaxın hərbçi, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan, Özbəkistan hərbi qulluqçuları iştirak ediblər. Hərbi paradın fəxri qonaqları arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandr Vuçiç, Tacikistan Prezidenti Emomali Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xarici ölkələrin Moskvadakı səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və başqaları yer alıblar.
Qızıl meydanın üzərindən 75 təyyarə və helikopter uçub, 200 müasir və müharibə dövrünə aid 18 hərbi texnika tribunalar önündən keçib.
Sonra Rusiya Prezidenti Vladimir Putin və paradın fəxri qonaqları birlikdə Kremlin divarları yaxınlığında Naməlum əsgərin məzarı önünə əklil qoyublar.
Xatırladaq ki, Qələbə paradı koronavirus pandemiyasına görə mayın 9-dan iyunun 24-nə keçirilib. 1945-ci ildə Böyük Vətən müharibəsində Qələbədən sonra Qızıl meydanda məşhur parad da iyunun 24-də keçirilmişdi.
Mayın 9-na nəzərdə tutulmuş parada bir çox ölkələrin liderləri dəvət almışdılar. Tədbirdə iştirakı təsdiqlənmiş bir çox digər dövlət və hökumət başçıları koronavirus pandemiyası ilə əlaqədar Moskvaya səfərlərini təxirə salmalı olublar.
Qələbə bayramı münasibətilə günün sonunda - Moskva vaxtı ilə saat 23:00-da Rusiya paytaxtında atəşfəşanlıq olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

