Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib
07.07.2020 [09:49]
Ekspertlərin fikrincə, ölkəmiz Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə edib
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan, eyni zamanda, beynəlxalq tranzit üzrə mühüm logistika mərkəzinə çevrilib. Ölkəmizdə müasir yol infrastrukturunun yaradılması, 6 beynəlxalq hava limanının tikilməsi, eləcə də yeni yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Azərbaycanın qlobal iqtisadi əlaqələrin inkişafındakı mühüm rolunu müəyyənləşdirir. Yeri gəlmişkən, iyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşü zamanı çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Beləliklə, ekspertlərin də qeyd etdikləri kimi ölkəmiz Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə edib.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan regional və qlobal əhəmiyyətli enerji, eləcə də nəqliyyat layihələrinin müəllifi və təşəbbüskarıdır. Məhz bu layihələr regionun inkişafında vacib rol oynayır, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir: “İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, o cümlədən Əfqanıstan və Türkmənistanın dövlət başçılarının videokonfrans vasitəsilə keçirilən görüşü hazırkı şəraitdə böyük önəm kəsb edir. Videokonfrans formatında keçirilən görüş zamanı Əfqanıstan Prezidenti Azərbaycanın regionda və dünyada oynadığı rolu, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüslərini, ölkəmizin Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında rolunu, həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyirlər. O cümlədən, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır. Asiyadan gələn yüklərin Azərbaycan ərazisindən keçərək Avropaya daşınması və əks istiqamətdən daşınmalar ölkələr üçün çox əlverişlidir. Həm Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin fəaliyyəti, həm də Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi imkanları daha da genişləndirir”.
Milli Məclisin deputatı Tamam Cəfərova da Azərbaycanın etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqlədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib: “İyulun 2-də videokonfrans vasitəsilə keçirilən görüş bir daha göstərdi ki, Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir. Bu ölkələr bizim ərazi bütövlüyümüzü hər zaman dəstəkləyirlər. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlığı daha da inkişaf etdirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib”.
Millət vəkili deyib ki, ölkəmiz beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

