Azərbaycan-Meksika parlamentlərarası əlaqələri müzakirə olunub
11.07.2020 [09:52]
İyulun 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ilk dəfə rəhbər seçildiyini bildirən Jalə Əliyeva əvvəlcə Meksika Senatının üzvlərinə Azərbaycan Milli Məclisinin Sədri, professor Sahibə Qafarovanın salamlarını çatdırıb. Qeyd edib ki, məhz dövlət qadın siyasətinin nəticəsidir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadır, VI çağırış Milli Məclisə də xanım Sahibə Qafarova sədr seçilib. Dünya siyasətində qadınların artan rolu Meksika parlamentinin hər iki palatasının – Senatın və Deputatlar Palatasının sədrlərinin də qadın olmasında özünü parlaq nümayiş etdirir.
Ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafında diplomatik münasibətlərin rolundan danışan işçi qrupun rəhbəri parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Milli Məclisdə və Meksika parlamentində yaradılmış dostluq qrupları ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayırlar.
Meksika parlamentinin 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul etdiyini minnətdarlıqla vurğulayan Jalə Əliyeva Azərbaycanın haqq işini və ədalətli mövqeyini dəstəklədiklərinə görə Meksika parlamentarlarına minnətdarlığını bildirib.
Sonra videokonfransda Meksika-Azərbaycan dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio pandemiya şəraitində onlayn görüşün təşkilinə görə təşəkkür edib. VI çağırış Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etdiyini, seçkinin şəffaf və demokratik keçirilməsindən məmnun qaldığını söyləyib. Azərbaycan mədəniyyətinə heyranlığını bildirib. Ölkələrimiz arasında elm, texnologiya, kənd təsərrüfatı, enerji, nəqliyyat, vulkanologiya, turizm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə ikitərəfli faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. Milli Məclislə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində bütün imkanlardan istifadə edəcəklərini bildirib. Parlamentlərarası əlaqələrin daha da genişlənməsi üçün hər iki tərəfdən deputatların qarşılıqlı səfərlərinin, görüşlərin və təcrübə mübadiləsinin intensivləşməsini vacib hesab edib.
Söhbət zamanı Azərbaycan-Meksika əlaqələrinin inkişafında səfirlərin mühüm xidmətləri olduğu vurğulanıb.
Görüşdə Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores və Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov xalqlarımızın dostluq və ölkələrimizin hərtərəfli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini açıqlayıblar.
Söhbət zamanı perspektivdə duran bir sıra məsələlər müzakirə edilib. COVID-19 pandemiyasının tezliklə bitməsi, bəşəriyyətin bu bəladan xilas olması və parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin baş tutması arzulanıb.
Sonda videokonfransda ölkələrimiz arasında diplomatik münasibətlərin yarandığı dövrdən etibarən Meksika-Azərbaycan münasibətlərinin inkişaf templərini, iqtisadi əlaqələri, ticarət dövriyyəsini və s. əks etdirən slaydlar nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

