“Los Angeles Times” qəzetində Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc edilib
16.07.2020 [09:13]
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın son hərbi təxribatı ilə bağlı məqaləsi ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispan dilli versiyasında dərc olunub. Məqalənin ingilis dilində versiyası isə “Medium” onlayn media platformasında yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
“COVID-19 böhranının davam etdiyi dövrdə Ermənistan Azərbaycana qarşı hücuma keçir” başlıqlı məqalədə baş konsul iyulun 12-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində strateji mövqelər ələ keçirmək məqsədilə ordumuzun Ermənistan-Azərbaycan sərhədindəki mövqelərinə ağır artilleriyadan istifadə etməklə hücuma keçdiyini qeyd edir. Bu təxribat nəticəsində Azərbaycan ordusunun verdiyi şəhidlərdən bəhs edən N.Ağayev Ermənistan silahlı qüvvələrinin sərhədboyu ərazilərdə hərbi və mülki obyektləri iriçaplı silahlardan istifadə etməklə hədəfə aldığını vurğulayır.
Baş konsul COVID-19 böhranının öhdəsindən gələ bilməməsi, ölkəni bürüyən ciddi iqtisadi tənəzzül, siyasi rəqiblərin həbs olunması və məhkəmələrin müstəqilliyini aradan qaldıran konstitusiya düzəlişləri səbəblərindən N.Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin ölkə daxilində və beynəlxalq arenada nüfuzunu itirdiyini, onun Azərbaycana qarşı son hərbi təxribatı törətməklə bu daxili problemlərdən diqqəti yayındırmağa çalışdığını qeyd edir.
N.Ağayev 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etdiyini, nəticədə bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırır. Baş konsul BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların Ermənistanın bu qanunsuz əməllərini pislədiklərini və Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdiklərini bildirir. O, bütün bunlara baxmayaraq, sözügedən işğalın hələ də davam etdiyini və beynəlxalq hüququn təmin olunması məqsədilə Ermənistana beynəlxalq təzyiqin göstərilməsinin vacibliyini vurğulayır.
Diplomat bu gün dünyada beynəlxalq hüququn ciddi aşınması prosesinin müşahidə olunduğunu və bunun beynəlxalq sülhə böyük təhlükə təşkil etdiyini vurğulayır. Baş konsul qeyd edir ki, beynəlxalq hüquqa hörmətin təmin edilməsi məsuliyyəti, ilk növbədə, bu hüquq sistemini 75 il öncə yaratmış böyük dövlətlərin üzərinə düşür.
N.Ağayev Ermənistanın ciddi iqtisadi böhranla üzləşdiyini, müstəqillikdən sonra 1.5 milyon erməninin ölkəni daimi tərk etdiyini və bu ölkənin yoxsulluq səviyyəsinə görə Cənubi Qafqazda birinci yer tutduğunu, Azərbaycanın isə qitələri birləşdirən irimiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirdiyini və regionun ən güclü iqtisadiyyata malik ölkəsi, eləcə də ABŞ-ın regionda etibarlı strateji tərəfdaşı olduğunu qeyd edir.
Məqalə sosial şəbəkələrdə geniş şəkildə yayılıb, erməni lobbisinin ciddi narazılığı ilə qarşılanıb.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31

