/ / Hikmət Babaoğlu: ATƏT-in Minsk qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətində iflasa uğradığını etiraf etməlidir
Hikmət Babaoğlu: ATƏT-in Minsk qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətində iflasa uğradığını etiraf etməlidir
18.08.2020 [09:14]
Tovuz təxribatından sonra həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər yeni təxribatlar törətməyə cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar. Ancaq Qarabağ probleminin bu cür manipulyasiya edilməsi uzun müddət davam edə və Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistanın daxili siyasət spekulyasiyasına çevrilə bilməz. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorist Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürüb. Bu separatçı əmin olmalıdır ki, onun səsi elə çıxdığı yerdəcə susdurulacaq və buna çox az qalıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Xankəndi də, bütün Qarabağ da tezliklə öz həqiqi sahibinə - Azərbaycana qovuşacaq. Elə Tovuz təxribatından sonra işğalçı ölkənin ən sadiq havadarlarının belə Ermənistana sahib çıxmaması bütün paşinyanları, arutunyanları isterika vəziyyətinə salıb və onlarda nostalji hisslərini o qədər qabardıb ki, Gəncənin adını belə Kirovabad kimi söyləməyə məcbur edib. “Ancaq seperatçılar və işğalçılar bilməlidirlər ki, yeni tarixi mərhələ başlayıb və onların böyük nostalji hissi ilə xatırladıqları sovet imperiyası, onun işğal maşını yeni dövrdə real hərbi-siyasi mexanizm deyil, həmçinin separatçı rejimi dəstəkləyən qorbaçovlar artıq yoxdur. Təəccüb və təəssüf doğuran məqam isə odur ki, seperatçı Arutunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikirlərə ATƏT-in Minsk qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Görünür, ATƏT-in Minsk qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir”, - deyə deputat qeyd edib.
Hikmət Babaoğlu vurğulayıb ki, bu cür davranışlara son qoyulmalıdır. Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi istisna deyil. İşğal faktı qaldıqca, müharibə riski də qalacaq. Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətində iflasa uğradığını etiraf etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

