Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi “Forbes” jurnalına etiraz məktubu göndərib
19.08.2020 [08:48]
Avqustun 9-da “Forbes” jurnalında Aleks Ledsomun müəllifliyi ilə “Karantindən sonra ilk səyahət? Mövcud olmayan ölkəyə gedin” adlı köşə yazısı nəşr edilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yazıda müəllif tarixdə mövcud olmuş Venesiya Respublikasına, İspaniyanın cənubundakı Əndəlüsə, eləcə də İkinci Dünya müharibəsindən sonra Britaniya sahillərinə yaxın adalardan birində Roy Bates tərəfindən elan edilən Siland dövləti kimi ekzotik yerlərə səyahəti tövsiyə edib.
Yazıda yuxarıda göstərilən ərazilərin maraqlı və əyləncəli tarixindən bəhs etdikdən sonra müəllif işğal edilmiş Dağlıq Qarabağ və Abxaziyaya da səfərləri məsləhət görüb. Müəllif bu ərazilərin təbii gözəlliklərindən bəhs etməklə yanaşı, tarixi və siyasi məqamlarına dair təhriflərə yol verib.
Məsələ ilə əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov mərkəz adından “Forbes” jurnalının redaktorlarına müvafiq qaydada etiraz məktubu göndərib. Müraciətdə F.Çıraqov yuxarıda qeyd edilən yerlərlərin hazırda qanunsuz şəkildə işğal altında qalan ərazilərlə müqayisəsinin yolverilməz olduğunu və məqalənin beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət etdiyini göstərib. F.Çıraqov yazıda qeyd edildiyi kimi Dağlıq Qarabağın heç bir beynəlxalq hüquqi sənəddə “mübahisəli ərazi” (disputed territory) kimi göstərilmədiyini diqqətə çatdıraraq, müxtəlif beynəlxalq təşkilatların müvafiq sənədlərində məhz işğal faktının təsbit edildiyini bildirib. Bundan əlavə, F.Çıraqov işğal edilən ərazilərə səfərlərə insanları dəvət etməklə onların hüquqi məsuliyyətlərlə və müxtəlif təhlükələrlə üzləşə biləcəklərinə görə də yazı müəllifinin məsuliyyət daşıdığını jurnalın redaksiyasının diqqətinə çatdırıb.
BMTM-nin əməkdaşı işğal edilmiş ərazilərə səfər edənlərin Azərbaycan qanunvericiliyi ilə hansı məsuliyyətlər daşıdığını və işğalçı rejimlərin həmin ərazilərdən qovulmuş insanların əmlaklarının qeyri-qanuni şəkildə istismarında iştirak etdiklərini “Forbes”ə bildirib.
Bu müraciətin nəticəsində “Forbes” qeyd edilən yazıda müvafiq dəyişiklik edərək, işğal altındakı Dağlıq Qarabağa və Abxaziyaya aid hissələri məqalədən çıxararaq xüsusi qeyd yerləşdirib. Qeyddə göstərilir ki, göstərilən yerlər münaqişəli ərazilərdir və buna görə də həmin bölgələrə səfərlər tövsiyə edilmir.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

