Azərbaycan su yolu ilə yükdaşıma sahəsində etibarlı tərəfdaşdır
09.03.2010 [09:47]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən ənənəvi mətbuat konfransında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) rəisi Aydın Bəşirov rəhbərlik etdiyi qurumun 2009-cu il ərzində istehsalat-maliyyə fəaliyyəti haqqında geniş məlumat verib. O, ADXDG-nin ümummilli liderimiz Heydər Əliyevin tövsiyələrini və ölkəmizin sosial-iqtisadi inkişaf proqramının tələblərini əsas götürərək, Avrasiya nəqliyyat dəhlizinin fəaliyyətini genişləndirmək məqsədilə son illər maddi-texniki bazasını planlı şəkildə gücləndirdiyini və Xəzər hövzəsində işləyən şirkətlər arasında yük daşımaları sahəsində etibarlı tərəfdaş kimi tanındığını bildirib. A.Bəşirov qeyd edib ki, 2009-cu il ərzində nəqliyyat gəmiləri ilə 13 milyon 189,7 min ton, o cümlədən, tankerlərlə 9 milyon 864,5 min ton, quru yük daşıyan gəmilərlə 1 mln 29 min ton və gəmi-bərələrlə 2 mln 296.2 min ton müxtəlif yük daşınıb. ADXDG-nin rəisi vurğulayıb ki, 2009-cu il ərzində TRASEKA nəqliyyat dəhlizi ilə 8 milyon 28 min ton yük daşınıb: “Bu da 2008-ci illə müqayisədə 18 faiz çoxdur. Hesabat dövrü ərzində yükdaşımalar bazarında kəskin rəqabət mövcud olsa da, donanmamızla daşınan yüklərin həcmi 1 mln. 291.7 min ton, yaxud 10.9 faiz artıb”.
Dünya iqtisadiyyatında baş verən qlobal maliyyə böhranının dəniz yolları ilə yükdaşıma bazarının formalaşmasına da təsir göstərdiyini deyən A.Bəşirov bunun əsasən quru yük donanmasında yükdaşımaların və tarif dərəcələrinin aşağı düşməsinə səbəb olduğunu bildirib: “Qara və Aralıq dəniz hövzələrində yükdaşımanın səviyyəsinin kəskin sürətdə aşağı düşməsi səbəbindən bu hövzələrdə işləyən quru yük gəmilərinin Xəzərə gətirilməsi məcburiyyəti yaranıb. Hazırda quru yük gəmilərinin böyük bir hissəsi Xəzərə gətirilib və dövlətimizin iqtisadiyyatı üçün mühüm rol oynayan yüklərin daşınması ilə məşğuldur. Bununla yanaşı, Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Türkiyəni Ukrayna ilə birləşdirən Zonquldaq-Skadovsk bərə xətti bütün maneələrə baxmayaraq fəaliyyət göstərməkdə davam edir”.
Xəzər dənizi hövzəsində yükdaşıma bazarında neft və neft məhsullarının daşınmasında artımın müşahidə olunduğunu bildirən natiq xatırladıb ki, perspektiv yükdaşıma bazarının formalaşmasında başlıca amilin Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin uğurla istifadə edilməsidir: “Həmin kəmər ilə Qazaxıstan Respublikasının limanlarından daşınan xam neftin artım dinamikası müşahidə olunur. Bütün bunlara baxmayaraq, şirkətlərlə yükdaşımanın həcminin artırılması istiqamətində mütəmadi danışıqlar aparılır. Bütün bunlarla yanaşı, sərnişin daşınmasında da irəliləyişlər olub. 2009-cu il ərzində Xəzər hövzəsində 10.7 min nəfər sərnişin daşınıb və sərnişin dövriyyəsi 2 milyon sərnişin/mil təşkil edib. Bundan başqa, yeni, modernləşdirilmiş gəmilərin alınması məqsədilə 2007-2008-ci illərdə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün Nazirlər Kabineti tərəfindən vəsait ayrılıb. Son 3 ildə Rusiyanın “Krasnoye Sormovo” zavodunda hər biri 13470 ton dedveytə malik “Koroğlu”, “Dədə Qorqud”, “Zəngəzur”, “Şuşa”, və 12361 ton dedveytə malik “Cabbar Həşimov” tankerləri, habelə Xorvatiyanın Ulyanik gəmi tərsanəsində inşa edilmiş yükgötürmə qabiliyyəti 52 vaqon olan müasir gəmi-bərələr “Akademik Zərifə Əliyeva” və “Qarabağ” gəmiləri alınıb və istismara verilib. Son 7 il ərzində 14 ədəd yeni gəmi alınıb ki, onlardan 10-u tanker, 1-i quru yük daşıyan gəmi, 1-i sərnişin gəmisi, 2-i müasir gəmi-bərələridir: “Bu əsas vəsaitlərin alınmasına 202 milyon 395,6 min manat vəsait xərclənib ki, onlardan da 107 milyon 830,3 min manat Gəmiçiliyin öz maliyyə imkanları hesabına, qalan 94 milyon 565,3 min manat isə dövlət büdcəsi hesabına ödənilib. Bundan başqa, keçən ilin əvvəlindən Gəmiçiliyin tabeçiliyində olan təşkilatların işçi qüvvəsi və texniki imkanları hesabına Zığ quru yük liman məntəqəsinin tikintisinə başlanılıb. Zığ dəniz limanının tikintisinə Nazirlər Kabineti tərəfindən 26 milyon 586 min manat vəsait ayrılıb. Hazırda tikinti işləri uğurla sona çatdırılır. Bu da əhalinin rifahının yaxşılaşdırılması üzrə Dövlət Proqramının tərkib hissəsi kimi 400 nəfərə qədər yeni iş yerinin açılması deməkdir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

