Ölkəmiz daşınmaz əmlakın idarə edilməsi ilə bağlı kompleks tədbirlər görür
05.03.2010 [09:59]
Dünən Bakıda Avropa İqtisadi Komissiyası ölkələrində “Daşınmaz əmlak idarəçiliyində səmərəlilik və şəffaflıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə quruma üzv olan dövlətlərin daşınmaz əmlak bazarı sahəsində birgə əməkdaşlıq yolları barədə geniş müzakirələr aparılıb. Eyni zamanda, konfrans iştirakçıları əmlak idarəçiliyi ilə bağlı inkişaf etmiş ölkələrin qarşılıqlı təcrübəsinin tətbiq olunması və yeni layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi ediblər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının təsərrüfat və torpaq idarəçiliyi şöbəsinin müdiri Marko Keyner bildirib ki, daşınmaz əmlak sahəsində Avropa İqtisadi Komissiyası ölkələrinin birgə əlaqələrinin inkişaf etdirilməsi bu sahədə ümumi nailiyyətlərin əldə edilməsinə səbəb olub. Azərbaycanın əmlak məsələləri ilə bağlı həyata keçirdiyi siyasəti təqdir edən cənab Keyner respublikamızın daşınmaz əmlakın idarə edilməsi istiqamətində təkmilləşdirmələr apardığını, səmərəliliyi və şəffaflığı təmin etdiyini mühüm uğurlar kimi dəyərləndirib.
Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəhbəri Damət Bağırov dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində aparılan kompleks tədbirlərdən danışıb. Onun fikrincə, respublikamızda daşınmaz əmlakın dövlət reyestrinin aparılmasının daha da təkmilləşdirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı prosesində operativliyin, şəffaflığın və etibarlılığın təmin olunması, ölkəmizdə əmlakın qeydiyyatı sisteminin qabaqcıl dövlətlərin təcrübəsinə uyğunlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Komitənin əsas məqsədləri fəaliyyətində dövlət əmlakının səmərəli idarə edilməsi, onun qorunub saxlanılması və mühafizəsi, özəlləşdirmənin sürətləndirilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi və daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində şəffaflığın və səmərəliliyin daha da artırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, regionların inkişafının təmin olunması üçün istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılması, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət edilməsi və digər bu kimi vəzifələrə əməl olunmasından ibarətdir.
D.Bağırov Dünya Bankı (DB) ilə birgə həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində tədbirlərin də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, layihə çərçivəsində daşınmaz əmlakın vahid kadastrının, ünvan reyestrinin tərtibi, aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi işinin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Layihənin əsas məqsədlərindən biri də dövlət əmlakının idarə edilməsinin informasiya sisteminin inkişafı, informasiya-kommunikasiya texnologiyaları strategiyasının təkmilləşdirilməsi ilə bağlıdır.
Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəhbəri onu da deyib ki, DB ilə həyata keçirilən layihəyə əsasən, vaxtilə qeyri-qanuni inşa olunmuş tikililərin qeydiyyata alınması ilə bağlı araşdırmalar da davam etdirilir. Layihə çərçivəsində mülkiyyət formasından asılı olmayaraq bütün əmlak növlərinin vahid qeydiyyatının aparılması nəzərdə tutulur. ümumiyyətlə, daşınmaz əmlakla bağlı milli qeydiyyat və kadastr sisteminin yaradılması üzrə layihə 2013-cü ildə başa çatacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

