/ / Gəncənin vurulacağı ilə bağlı bəyanat Ermənistanın Azərbaycana qarşı təcavüzünün, nifrətinin növbəti təzahürüdür
Gəncənin vurulacağı ilə bağlı bəyanat Ermənistanın Azərbaycana qarşı təcavüzünün, nifrətinin növbəti təzahürüdür
21.08.2020 [09:28]
Təcavüzkar Ermənistan Azərbaycana qarşı hədə və təhdidlərini davam etdirir. Son günlər belə bir təhdid Azərbaycanın tarixi şəhəri Gəncənin vurulacağı ilə bağlı yayılıb. Ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış cinayətkar rejim vasitəsilə səsləndirilən bu bəyanat Ermənistanın ölkəmizə qarşı təcavüzünün, nifrətinin, azərbaycanofobiyanın növbəti təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Gəncə kimi qədim tarixə malik, dünya mədəni irsində xüsusi yeri olan şəhərin hədəf seçilməsi Ermənistanın insanlıq əleyhinə yönəlmiş təhlükəli siyasətindən xəbər verir. Bu, bir daha onu göstərir ki, Ermənistan terror və vandalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və bu gün də həmin xətti israrla davam etdirir.
Bu, son günlərdə yayılmış Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sənədində də öz təsdiqini tapıb. Bəşəriyyət tarixində mühüm rolu olmuş qədim sivilizasiyanın məhv olmasına sevinən Ermənistan rəhbərliyindən ayrı nəsə gözləmək mənasızdır. İşğalçı Ermənistan dağıtdığı, məhv etdiyi həyat və irsimiz üzərində də öz “rifahını” qurmağa çalışır.
Bir tərəfdən Gəncənin mülki əhalisini qırğına məruz qoymaqla təhdid edən bu ölkə, digər tərəfdən işğal etdiyi ərazilərimizdə yaşayan “mülki əhalinin qorunması” üçün yeraltı sığınacaqlar tikir. Bu, onu göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və ölkəmizə qarşı yeni hücumlar üçün fürsət və bəhanələr axtarır.
Biz münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və Dağlıq Qarabağın erməni icmasının azərbaycanlı icma ilə bərabər ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birlikdə yaşamasını dəstəkləyirik”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43

