/ / Ermənistan təxribatçı fəaliyyəti və təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarını pozmaqda davam edir
Ermənistan təxribatçı fəaliyyəti və təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarını pozmaqda davam edir
11.09.2020 [09:39]
Ekspertlər hesab edirlər ki, başda ATƏT-in Minsk qrupu olmaqla beynəlxalq aləm işğalçı ölkənin son addımlarına biganə yanaşmamalı, qəti mövqe nümayiş etdirməlidir
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli Azərbaycan üçün prioritet təşkil edir. Öz qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesinə mane olan Ermənistan isə təxribat xarakterli addımları ilə münaqişənin həllini yubatmağa çalışır. Vurğulanmalıdır ki, işğalçı ölkənin baş nazirinin, onun həyat yoldaşının işğal altındakı Azərbayan torpaqlarına qeyri-qanuni səfərləri, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı rayonlara xarici ölkələrdə yaşayan ermənilərin köçürülməsi təcavüzkar dövlətin öz mənfur siyasətindən əl çəkmədiyini göstərir. Bunun qarşılığında isə beynəlxalq aləmin, ən əsası da ATƏT-in Minsk qrupunun susqunluq nümayiş etdirməsi anlaşılan deyil.
Məsələ ilə bağlı Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev bildirib ki, işğalçı ölkə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneələr törədir. Komitə sədri qeyd edib ki, vaxtaşırı olaraq gündəmə gələn ermənilərin işğal altındakı Azərbaycan torpaqlarına köçürülməsi məsələsi bir çox beynəlxalq təşkilatların faktaraşdırıcı nümayəndələri tərəfindən də sübuta yetirilir. Bu, Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir. “Beyrutda baş verən hadisələrdən sonra, Livan ermənilərinin də işğal altındakı Dağlıq Qarabağa köçürülməsində Ermənistanın əsas məqsədi işğal altındakı Azərbaycan torpaqlarında süni məskunlaşdırma yolu ilə demoqrafik vəziyyəti öz lehinə dəyişməkdir. Bu beynəlxalq normalara, prinsplərə, BMT qətnamələrinə, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara ziddir. Bu səbəbdən də başda ATƏT-in Minsk qrupu olmaqla beynəlxalq aləm bu məsələyə biganə yanaşmamalı, qəti mövqe nümayiş etdirməlidir”, - deyə T.Rzayev bildirib.
Onun sözlərinə görə, Ermənistan bu gün də öz təcavüzkar siyasətini davam etdirir. İstər bu ölkənin baş naziri Nikol Paşinyanın, istərsə də onun həyat yoldaşının işğal altındakı ərazilərə qeyri-qanuni səfərlərinə toxunan komitə sədri bunun yolverilməz olduğunu diqqətə çatdırıb.
“Hüquqi təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli də işğal altındakı Azərbaycan torpaqlarında ermənilərin həyata keçirməyə çalışdığı məskunlaşdırmanın qeyri-qanuni olduğunu, beynəlxalq konvensiyalarla ziddiyyət təşkil etdiyini deyib. O bildirib ki, bu qeyri-qanuni fəaliyyət bir sıra beynəlxalq faktaraşdırıcı missiyalar tərəfindən hesabatlarda qeyd edilsə də, işğalçı dövlət beynəlxalq normaları pozmaqda davam edir: “Ermənistanın baş nazirinin və ya onun həyat yoldaşının işğal altındakı Azərbaycan torpaqlarına səfər etməsi danışıqlar prosesinin ruhuna zidddir. Bu gün Ermənistan birmənalı şəkildə işğalçı olduğunu öz əməlləri ilə bir daha təsdiqləyir. Eləcə də, təcavüzkar dövlətin işğal etdiyi Azərbvaycan torpaqlarında yaratdığı qondarma separatçı rejimlə birgə qeyri-qanuni məskunlaşdırma aparması yolverilməzdir. Artıq Livandan ilk iki ailə Dağlıq Qarabağa yerləşdirilib və prosesin davamlı olacağı da istisna edilmir. Ermənistanın əsas məqsədi, Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsi ilə işğal altındakı ərazilərdə yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır. Humanitar hüququn pozulması ilə müşayət olunan bu qeyri-qanuni köçürmə ilə bağlı ATƏT-in Minsk qrupunun susqunluq nümayiş etdirməsi isə anlaşılan deyil. Vasitəçi missiya olduğunu elan edən ATƏT-in Minsk qrupu Azərbaycan dövlətinə qarşı aparılan bu mənfur siyasətə etirazını bildirməli, işğalçı dövlətə qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə nail olmalıdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41

