Düşmən ölkədən Azərbaycana qarşı növbəti informasiya təxribatı
24.09.2020 [08:46]
Yaxud özünün işğalçı, cinayətkar və terrorçuluğa əsaslanan siyasətini ört-basdır etmək üçün müxtəlif vasitələrdən istifadə edən Ermənistan dezinformasiya yaymaqla məşğuldur
Artıq bütün dünyaya məlumdur ki, Ermənistan terror dövlətidir və öz siyasətində işğalçılığı, terrorçuluğu, faşist ideologiyasını əsas götürür. Bütün terrorçu partiya kimi tanınan “Daşnaksutyun”un müəyyən zaman kəsimində Ermənistan hökumətində təmsil olunması, həmçinin bu ölkədə terrorçulara və faşistlərə abidələr ucaldılması da deyilənləri təsdiqləyir. Üstəlik, terroru dövlət siyasətinə çevirən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini terror yuvasına çevirməsi də inkaredilməz faktdır. Son vaxtlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına “erməni əsilli ailələr” adı altında Yaxın Şərq ölkələrindən, o cümlədən Livan, İraq və Suriyadan terrorçuların, hətta PKK yaraqlılarının gətirilməsi barədə faktlar da xarici və yerli mətbuatda yer alıb.
Yeri gəlmişkən, son günlər işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayona İraq və Suriyadan PKK terrorçularının da gətirilməsi barədə xəbərlər Misir və Rusiya mətbuatında da öz əksini tapıb. Belə ki, Misirin nüfuzlu “Qahirə24” saytı və Rusiyanın “gazeta.ru” informasiya portalı Paşinyan hökumətinin terrorçularla işbirliyini ortaya qoyub. Məsələn, “Qahirə24.com” saytında dərc olunan məqalədə Ermənistanın bu ilin iyul ayında Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatdan sonra Yaxın Şərqdəki PKK terrorçularının işğal edilmiş ərazilərə gətirldiyindən söhbət açılır. Bildirilir ki, PKK terror təşkilatı və onun Suriyadakı qolu olan PYD-nin döyüşçüləri Ermənistana, oradan da işğal altındakı Dağlıq Qarabağa göndərilib.
Rusiyanın “gazeta.ru” portalındakı məqalədə isə qeyd edilir ki, Ermənistan Azərbaycanla danışıqlar prosesini pozaraq, yeni hərbi əməliyyatlarda Suriya və İraqdan gətirilən terrorçuları istifadə etmək məqsədi güdür. Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyətin diqqətini öz fəaliyyətindən yayındırmaq üçün Ermənistan Azərbaycana hansısa muzdlu döyüşçülərin göndərdiyi iddiasını da ortaya atır.
Bəli, yuxarıdakı yazıda da vurğulandığı kimi, Ermənistan bu əməllərini ört-basdır etmək üçün müxtəlif yollara əl atır. Elə son dövrlər davamlı şəkildə guya Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə dezinformasiyaların yayılması da düşmən ölkənin bu tip baş vurduğu əməllərdəndir. Lakin düşmənlərimizin bütün əməlləri kimi bu təxibatları da tez bir zamanda ifşa olunur. Daha dəqiq desək, sentyabrın 23-də türkiyəli jurnalist Ləvənt Kamalın paylaşdığı bu status Ermənistanın növbəti dezinformasiyasını ifşa edib: “Mən “Həmzə” divizionun komandiri Seyf əbu-Bəkirlə söhbət elədim və o, “Həmzə” briqadasının döyüşçülərinin Azərbaycana transferi barədə bütün iddiaları rədd etdi. Bunu, həmçinin Türkiyə Ordusuna bağlı mənbələr də rədd edib”.
Göründüyü kimi, bu statusda öz əksini tapan fikir Ermənistan tərəfinin, çox güman ki, düşmən ölkənin xüsusi xidmət orqanları əməkdaşlarının yaydığı informasiyanın “ağ yalan” olduğunu və Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədinin güdüldüyünü aydın göstərir.
Beləliklə, Azərbaycana xarici silahlı muzdlular göndərilməsi ilə bağlı tirajlanan məlumatların, əslində, düşmən ölkədən Azərbaycana qarşı növbəti informasiya təxribatı olduğu ortadadır. Yəni Ermənistan özünün işğalçı, cinayətkar və terrorçuluğa əsaslanan siyasətini ört-basdır etmək üçün müxtəlif vasitələrə, o cümlədən dezinformasiya və manipulyasiyalara əl atmaqdadır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

