İşğalçı Ermənistan informasiya təxribatlarını davam etdirir
25.09.2020 [08:34]
Ekspertlərin qeyd etdikləri kimi, özünün terrorçu və cinayətkar əməllərindən diqqəti yayındırmağa çalışan Ermənistanın məqsədi beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymaqdır
Məlum olduğu kimi, öz siyasətində işğalçılığı, faşist ideologiyasını əsas götürən Ermənistan terror dövlətidir. İşalçı ölkədə dövlət səviyyəsində terrorçuların himayə edilməsi, həmçinin faşistlərə abidələrin ucaldılması deyilənləri bir daha təsdiqləyir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini terror yuvasına çevirməsi də inkaredilməz faktdır. Son vaxtlar işğal edilmiş ərazilərə”erməniəsilli ailələr” adı altında Yaxın Şərq ölkələrindən, o cümlədən Livan, İraq və Suriyadan terrorçuların, hətta PKK yaraqlılarının gətirilməsi barədə faktlar da beynəlxalq və yerli mətbuatın əsas mövzusuna çevrilib. Zaman-zaman Azərbaycana qarşı müxtəlif təxribatlara əl atan Ermənistan tərəfi bu faktları ört-basdır etmək üçün son dövrlər guya ölkəmizə Suriyadan döyüşçülərin gəldiyi barədə dezinformasiya yaymaqla məşğul olur.
Məsələyə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, bu kimi təxribatları Ermənistanın işğal edilmiş ərazilərə Yaxın Şərq ölkələrindən terrorçuların gətirilməsi barədə faktların ifşa olunması qarşısında əl atdığlı uğursuz cəhd hesab etmək olar: “Belə ki, son günlər xarici ölkələrin mətbuatında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonuna Livandan ASALA terror təşkilatının üzvləri ilə yanaşı, İraq və Suriyadan PKK terrorçularının da gətirilməsi barədə xəbərlərə rast gəlmək mümkündür. Məsələn, Türkiyənin “Sabah” və “Habertürk” qəzetləri, Misirin “Qahirə24” saytı, Rusiyanın “gazeta.ru” informasiya portalı Paşinyan hökumətinin terrorçularla işbirliyini ortaya qoyub. Həmin materiallarda qeyd olunur ki, PKK terror təşkilatı və onun Suriyadakı qolu olan PYD-nin (YPG) döyüşçüləri Ermənistana, oradan da işğal altındakı Dağlıq Qarabağa göndərilib. Hətta Türkiyə mətbuatında belə bir məlumat yer alıb ki, Suriyada fəaliyyət göstərən PYD yaraqlılarının tərkibində döyüşən erməni terrorçularından ibarət batalyonlar da Ermənistana göndərilib”.
Deputat vurğulayıb ki,Ermənistan bu ilin iyul ayında Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatdan sonra danışıqlar prosesini pozaraq, yeni hərbi əməliyyatlarda Yaxın Şərqdən gətirilən terrorçulardan istifadə etmək məqsədi güdür.
Milli Məclisin deputatı Müşfiq Cəfərov isə deyib ki,beynəlxalq ictimaiyyətin diqqətini işğalçı və terrorçu fəaliyyətindən yayındırmaq üçün Ermənistan vaxtaşırı bu cür dezinformasiyalar yayır: “Bu səylər PKK terror təşkilatı və onun Suriyadakı qolu PYD-nin döyüşçülərinin Ermənistana, oradan da işğal altındakı Dağlıq Qarabağa göndərilməsini ört-badır etmək məqsədi daşıyır. Növbəti erməni təxribatını Türkiyənin Yaxın Şərq üzrə mütəxəssisi, jurnalist Ləvənt Kamal ifşa edib. Dezinformasiyada adıçəkilən “Həmzə” briqadasının komandiri ilə danışan jurnalist onun öz döyüşçülərinin Azərbaycana göndərilməsi barədə bütün iddiaları rədd etdiyini və bu iddianın Türkiyə Ordusu mənbələrindən də təkzib olunduğunu yazıb”.
“Göründüyü kimi, düşmənlərimizin bütün əməlləri kimi, bu təxribatları da qısa müddətdə ifşa olunur. Əvəzində işğalçı Ermənistanın terrorçularla işbirliyi hətta bu ölkənin yerli mətbuatında da özünə yer tapır. Belə ki, erməni mediasında Paşinyan hökumətinin PKK terrorçuları ilə əməkdaşlığının Ermənistanın gələcəyini təhlükə altına ala biləcəyi barədə xəbərdarlıqlara da rast gəlinir. Bunlara baxmayaraq, Azərbaycana qarşı Ermənistan tərəfinin növbəti informasiya təxribatına yol verməsi həm də ölkəmizin regionda və dünyada artan nüfuzuna xələl gətirmək məqsədi daşıyır”, - deyə M.Cəfərov bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

