/ / Fazil Mustafa: Azərbaycan dövləti, Azərbaycan Ordusu və xalqımız torpaqlarımızın işğaldan azad olunması üçün sona qədər mübarizə aparacaq
Fazil Mustafa: Azərbaycan dövləti, Azərbaycan Ordusu və xalqımız torpaqlarımızın işğaldan azad olunması üçün sona qədər mübarizə aparacaq
29.09.2020 [09:09]
“İşğalçı Ermənistan öz təxribatçı fəaliyyətindən əl çəkmək niyyətində deyil. Məlum olduğu kimi, sentyabrın 27-də səhər saatlarında Ermənistan cəbhənin təmas xəttində mülki əhalinin yerləşdiyi ərazilərə qarşı hərbi təxribatlara başlayıb və xüsusilə, mülki vətəndaşlarımızı hədəf alıb. Lakin Azərbaycan Ordusu düşmənə layiqli cavab verir. Ümid edirəmi ki, ordumuzun bu addımları torpaqlarımızın işğaldan azad olunması istiqamətində bir yekun nəticəyə nail olunmasına yol açacaq. Azərbaycan beynəlxalq hüquq normalarına hər zaman sadiqlik nümayiş etdirən ölkədir və Ermənistana qarşı hər hansı ərazi iddiamız yoxdur. Amma Azərbaycan öz torpaqlarının bir qarışını belə güzəştə getməyəcək. Azərbaycan dövləti, Azərbaycan Ordusu və xalqımız torpaqlarımızın işğaldan azad olunması üçün sona qədər mübarizə aparacaq”.
Bunu qəzetimizə açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bu gün bütün siyasi partiyalar milli birlik nümayiş etdirməli və Azərbaycanın haqq işi uğrunda apardığı mübarizədə bir yerdə olmalıdır. Böyük Quruluş Partiyasının bununla bağlı mövqeyini açıqladığını bildirən Fazil Mustafa deyib ki, biz Ali Baş Komandanın hər bir əmrinə hazırıq: “Hətta millət vəkili kimi fəaliyyətimi dayandırıb Azərbaycan Ordusunun sıralarında döyüşməyə də hazıram. Bu, bizim ümummilli məsələmizdir və hər bir partiya üzvümüzü də bu prosesdə aktiv iştirak etməyə çağırmışıq. Onu da qeyd etməliyəm ki, Azərbaycanda siyasi qüvvələrin milli birliyinin formalaşdırılması olduqca vacib bir məsələ idi. Bir müddət öncə Prezident Adminstrasiyasının rəsmisi Ədalət Vəliyevin təşəbbüsü ilə ölkə Prezidentinin siyasi iradəsini əks etdirən böyük bir layihə başladıldı və bu layihənin nəticələri artıq özünü göstərməkdədir. Bu prosesdə hər bir siyasi partiya sədri ilə görüşərək Azərbaycanın siyasi seqmentini bütövlükdə Azərbaycan dövlətinin maraqları istiqamətində cəmləməyin, fərqli fikirlərə malik olsalar da, ümummilli məsələlərdə birgə platformadan çıxış etmək ənənəsinin yüksək səviyyədə ortaya qoyulduğunu gördük”.
Millət vəkili onu da əlavə edib ki, bu gün hər birimiz məsuliyyətli davranmaqla qələbəyə öz töhfəmizi verməliyik: “Anlamalıyıq ki, qələbə ordunun qüdrəti ilə yanaşı, həm də bütün vətəndaşların, xalqın gücü ilə həll olunan məsələdir”.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

