Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Razi Nurullayev: Bütün siyasi partiyalar Ali Baş Komandanın ətrafında sıx birləşməlidir

Razi Nurullayev: Bütün siyasi partiyalar Ali Baş Komandanın ətrafında sıx birləşməlidir

29.09.2020 [09:16]

“İşğalçı Ermənistanın hərbi birləşmələrinin təxribatlar törətməsi qəbulolunmazdır. Azərbaycan Ordusu haqlı olaraq düşmənə layiqli cavab verir”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O, bildirib ki, bu gün hər bir vətəndaş siyasi baxışlarından asılı olmayaraq Qarabağı düşünməlidir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar həmrəylik nümayiş etdirməli, Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, dövlətçilik mövqeyindən çıxış etməlidir.
“Bu gün ölkəmizdə heç vaxt olmadığı qədər milli birliyə ehtiyac var. Milli Cəbhə Partiyasının sədri olaraq bəyan edirəm ki, mən və partiyamızın bütün üzvləri torpaqlarımızın işğaldan azad olunması naminə döyüşə getməyə və şəhid olmağa hazırıq. Biz belə bir zamanda Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik və bütün siyasi partiyaları da bu birliyə dəvət edirik. Baş verən proseslər milli birliyimizi və siyasi dialoqu zəruri edir. Ümummilli məsələlərdə bu amillər vacib şərtdir”, - deyə partiya sədri qeyd edib.

Paylaş:
Baxılıb: 330 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31