Musa Ağayev: Siyasi mənsubiyyətindən asılı olmayaraq hamı qələbə uğrunda çalışmalıdır
01.10.2020 [09:18]
“Ermənistanın işğal etdiyi torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyirik. Ümidvaram ki, bu mübarizə qələbə ilə başa çatacaq. Hər birimiz torpaqlarımız uğrunda canımızdan keçməyə hazır olmalıyıq. Mən də torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək üçün müraciət etmişəm”.
Bu fikirləri Yeni Zaman Partiyasının sədri Musa Ağayev söyləyib.
M.Ağayevin sözlərinə görə, Ali Baş Komandanımızın qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə verdiyi qərara əksər siyasi partiyalar qəbul etdikləri birgə bəyanatla dəstək veriblər: “Ona görə ki, 30 ilə yaxındır, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır, təcavüzkar ölkə hərbi təxribatlarını davam etdirir və münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqları işğalçı Ermənistanın destruktiv mövqeyi səbəbindən nəticəsiz qalıb. Əks-hücum əməliyyatlarının başladığı ilk gündən rəhbərlik etdiyim Yeni Zaman Partiyası da daxil olmaqla, 50 siyasi partiyanın həmrəylik nümayiş etdirməsi cəmiyyətimizin birliyini göstərir. Eyni zamanda, dövlətimiz, xalqımız və ordumuz birlik nümayiş etdirir. Bütövlükdə, Azərbaycan xalqı öz iradəsini ortaya qoyub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başqa bir fikir də ola bilməz”.
“Siyasi mənsubiyyətindən asılı olmayaraq hamı qələbə uğrunda çalışmalıdır. Buna görə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan rəhbərliyinin tarixi missiyasına dəstək bəyanatına qoşulmayan bir neçə partiyanın mövqeyini düzgün hesab etmirəm. Çünki indiki halda dövlətimizin missiyası Azərbaycanın vaxtilə itirilmiş torpaqlarının geri qaytarılmasıdır. Bunun əksinə mövqe sərgiləyənlərə heç bir bəraət yoxdur”, - deyə M.Ağayev bildirib.
Partiya sədri deyib ki, indiki məqamda milli həmrəyliyin nümayiş etdirilməsində bu ilin əvvəlindən siyasi dialoqun dərinləşdirilməsi istiqamətində atılan addımların da böyük rolu olub: “Ölkə rəhbərliyi tərəfindən son illərdə digər sahələrdə olduğu kimi siyasi sahədə də islahatların aparılmasının, o cümlədən ölkədə fəaliyyət göstərən siyasi qüvvələrlə dialoqun dərinləşdirilməsinin bəhrəsini görürük. İstər müharibə şəraitində, istərsə də sülh dövründə siyasi dialoqun mövcudluğu xalqımızın milli maraqlarına töhfə ola bilər. Ümumiyyətlə, Azərbaycanın gələcək inkişafına, ölkənin nüfuzunun beynəlxalq müstəvidə daha da artmasına töhfə baxımından ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə atılan addımlar mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, milli həmrəyliyin təmin olunmasında siyasi dialoq vacib amildir və bu prosesin gələcəkdə də müsbət nəticələri olacaq”.
Qaşqay
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

