Milli Məclisin Sədri Sahibə Qafarova jurnalistlər üçün brifinq keçirib
01.10.2020 [09:37]
Sentyabrın 30-da VI çağırış Milli Məclisin payız sessiyasının ilk iclasından əvvəl parlamentdə mətbuat nümayəndələri üçün yaradılmış 3 yeni iş otağının açılışı olub. Bununla bağlı jurnalistlər üçün brifinq keçirən Milli Məclisin Sədri Sahibə Qafarova parlamentdə akkreditə olunmuş KİV nümayəndələri ilə belə bir görüş keçirməyi çoxdan arzu etdiyini bildirib. O deyib ki, bu görüş pandemiya səbəbindən bir qədər gec baş tutub. Spiker qeyd edib ki, Sədr seçildikdən sonra jurnalistlərin ona Milli Məclisdə mətbuat nümayəndələrinin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətləri olmuşdu. Pandemiya ilə əlaqədar bu işin bir qədər yubandığını vurğulayan Sahibə Qafarova deyib: “Yay aylarında media nümayəndələrinin rahat işləyə bilməsi üçün şərait yaratmağa çalışdıq. Çünki siz - parlamentdə akkreditə olunmuş media nümayəndələri Milli Məclisin iclası başlayandan qurtaranadək bizimlə birlikdə çalışırsınız. Burada jurnalistlər üçün yaradılan iş otağında 16 kompüter var, sahəsi əvvəlki otaqdan daha genişdir. Onun yanındakı ikinci otaq isə fotostudiya kimi fəaliyyət göstərəcək. Yuxarıdakı otaq brifinqlər və jurnalistlərin müsahibə almaları üçün nəzərdə tutulub”.
Milli Məclisin Sədri Sahibə Qafarova medianın həmişə olduğu kimi, bundan sonra da parlamentin fəaliyyətini dolğun və obyektiv işıqlandıracağına inamını ifadə edib. Bildirib ki, torpaqlarımız düşmənlərdən azad edildikdən sonra elə bu foyedə jurnalistlərə geniş müsahibə verəcək.
“Hər birimizin ürəyi Qarabağla döyünür”, - deyən Sədr çıxışının sonunda media nümayəndələrinə bu şəraitin yaradılmasında yaxından iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə, parlamentin işlər müdiri Firudin Hacıyevə, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə təşəkkürünü bildirib.
Sonra çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış şəraitə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib, parlamentin işinə və jurnalistlərə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

