/ / Fazil Mustafa: Əgər söhbət torpaqlarımızın erməni işğalından azad olunmasından gedirsə, burada həmrəylikdən başqa yol yoxdur
Fazil Mustafa: Əgər söhbət torpaqlarımızın erməni işğalından azad olunmasından gedirsə, burada həmrəylikdən başqa yol yoxdur
08.10.2020 [09:29]
“Bu günlərdə ölkəmizdə 50 siyasi partiyanın rəhbərlərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüş mühüm əhəmiyyətə malikdir. İndiki şəraitdə belə görüşlərin keçirilməsi vacibdir”. Bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
F.Mustafa bildirib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldıqdan sonra ölkədə siyasi dialoq mühiti xeyli inkişaf edib. Onun sözlərinə görə, sözügedən şöbənin müdiri Ədalət Vəliyev bir çox siyasi partiyanın rəhbərləri ilə görüş keçirib: “Ötən dövr ərzində partiyalararası sağlam münasibətlərin formalaşması üçün çox ciddi işlər görülüb. Bu gün siyasi partiyalar ümummilli məsələlərdə vahid mövqedən çıxış edirlər. Hesab edirəm ki, bu kimi məsələlərdə bu kursu davam etdirməliyik. Bu tendensiyanın davam etməsi bütövlükdə demokratiyanın inkişafı baxımından faydalıdır. Və siyasi partiyalar da buna müsbət reaksiyalarını verirlər”.
Partiya sədri qeyd edib ki, əgər söhbət torpaqlarımızın erməni işğalından azad olunmasından gedirsə, burada həmrəylikdən başqa yol yoxdur: “Bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavab verir. İnanıram ki, ordumuzun bu addımları torpaqlarımızın işğaldan azad olunması istiqamətində yekun nəticəyə nail olunmasına yol açacaq. Azərbaycan beynəlxalq hüquq normalarına hər zaman sadiqlik nümayiş etdirən ölkədir və Ermənistana qarşı hər hansı ərazi iddiamız yoxdur. Amma Azərbaycan öz torpaqlarının bir qarışını belə güzəştə getməyəcək. Azərbaycan dövləti, Azərbaycan Ordusu və xalqımız torpaqlarımızın işğaldan azad olunması üçün sona qədər mübarizə aparacaq. Belə bir şəraitdə siyasi partiyaların milli birlik nümayiş etdirməsi, Ali Baş Komandanı dəstəkləməsi çox təqdirəlayiq haldır. Bu gün hər birimiz məsuliyyətli davranmaqla qələbəyə öz töhfəmizi verməliyik. Anlamalıyıq ki, qələbə ordunun qüdrəti ilə yanaşı, həm də bütün vətəndaşların, xalqın gücü ilə həll olunan məsələdir”.
F.Mustafa onu da söyləyib ki, ümummilli məsələdə hansısa siyasi partiyanın özünü kənarda tutması ictimai rəydə onların özlərinə ziyan gətirən məsələdir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDin
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16

