Sədaqət Vəliyeva: Torpaqlarımızın işğaldan azad olunması xalqın istəyidir
08.10.2020 [09:37]
“Bu gün Azərbaycan Ordusu tarix yazır. Ali Baş Komandanın güclü siyasi iradəsinə əsaslanaraq Ordumuz haqq, ədalət missiyasını yerinə yetirir”. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşlarımızı qətlə yetirməsindən sonra başlanan genişmiqyaslı əks-hücumun davam etdiyi bir neçə gün ərzində Azərbaycanın qardaş, dost Türkiyədən, Pakistandan, Ukraynadan, İsraildən və bir sıra başqa ölkələrdən, beynəlxalq təşkilatlardan tam dəstək gördüyünü bildirən S.Vəliyeva deyib: “Bununla belə, bir sıra dövlətlər və təşkilatlar növbəti dəfə ikili yanaşma tətbiq etdilər, “məsləhətlər” verdilər. Məgər həmin dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın uşaqları, qadınları, qocaları qətlə yetirdiyini görmürlərmi? Yaxud Naftalanda üzvlərinin ikisi uşaq olmaqla bir ailənin tamamilə məhv edilməsini görmürlərmi? Məgər Ermənistan silahlı qüvvələri Tərtəri, Goranboyu, Daşkəsəni, Ağdamı və digər əraziləri bombardman edərkən beynəlxalq hüququn pozulması baş vermirmi? Lakin, Azərbaycan əhalisini qoruyarkən və işğal edilmiş tarixi torpaqlarını geri qaytararkən qanunu, hüququ pozmuş olur? Buradan da görünür ki, Azərbaycana qarşı qərəzli mövqe, ikili standartlı yanaşma açıq-aşkar ortadadır”.
Bu gün xalq-Ali Baş Komandan-Ordu birliyinin öz sözünü dediyini bildirən deputat vurğulayıb: “İnanmayanlar, Azərbaycanı “militarist” adlandıranlar gəlib öz gözləri ilə Qan Bankının qarşısında könüllü olaraq qan vermək istəyən minlərlə insanı, yaxud səfərbərlik idarələri qarşısında döyüşə könüllü getmək istəyən minlərlə vətənpərvəri görə bilərlər”.
“Torpaqlarımızın işğaldan azad olunması xalqın istəyidir. Otuz ildir, məsləhət verdikləri kifayətdir. Azərbaycan xalqı 30 il səbr etdi. Artıq işğal edilmiş torpaqlarımızın azad olunması bütün vətəndaşlarımızın əsas arzusudur”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, döyüşlərlə, tətbiq olunmuş hərbi vəziyyətlə, şəhidlərimiz və yaralılarımızla bağlı yanlış məlumat yayanlar, xüsusilə də, Ermənistan mətbuatının və sosial mediasının yaydığı saxta xəbərləri tirajlayan radikal müxalifətçilər nəzarətə götürülməlidir. Görünür, onlar müharibə şəraitindən istifadə edib ölkədə ictimai-siyasi sabitliyi poza bilmədiklərindən sosial şəbəkələrdə təxribat törətməyə çalışırlar.
Azərbaycan xalqının Ordusuna və Ali Baş Komandanına inandığını, güvəndiyini diqqətə çatdıran Sədaqət Vəliyeva deyib: “İnanıram ki, yaxın zamanda işğal altındakı bütün torpaqlarımızın azad olunması münasibətilə bir-birimizi təbrik edəcəyik”.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16

