Milli Məclisdə Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
08.10.2020 [09:43]
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova oktyabrın 7-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Spiker Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Sədr deyib ki, Almaniya Azərbaycanın vacib iqtisadi tərəfdaşlarından biridir. Humanitar, mədəniyyət, təhsil sahələrində münasibətlərin də inkişaf etdiyini söyləyən Sahibə Qafarova 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirib.
Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin də inkişaf etdiyi vurğulanıb.
Səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin həm Azərbaycan hökuməti, həm də parlamenti ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. O deyib ki, Almaniya mövcud olan möhkəm baza üzərində münasibətlərin daha da inkişafında maraqlıdır.
Spiker görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib. O, Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu bildirib və əlavə edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bununla bağlı, bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul olunub.
Sahibə Qafarova münaqişənin uzun illərdir həll olunmamasının səbəbinin Ermənistanın işğalçılıq siyasəti və bu ölkənin törətdiyi təxribatlar olduğunu vurğulayıb. O xatırladıb ki, iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz rayonunda kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmənin təxribatının qarşısı alınıb. Lakin Ermənistan təxribatlarını davam etdirib. Milli Məclisin Sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev hətta BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın yeni müharibəyə hazırlaşdığını və onun dayandırılmalı olduğunu bildirmişdi.
Sahibə Qafarova sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə hərbi təxribatlara əl ataraq müxtəlif istiqamətlərdən bizim kəndlərimizə və hərbi mövqelərimizə hücum etdiyini deyib. O qeyd edib ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirərək düşmənin bu təxribatının qarşısını alıb, işğal altında olan bəzi ərazilərimizi azad edib. O, xüsusilə bildirib ki, beynəlxalq hüquqi prinsiplərə əməl etməyən Ermənistan mülki vətəndaşları hədəfə alır. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, digər böyük şəhəri olan Mingəçevir Ermənistan tərəfindən raketlərdən atəşə tutulub. Bu isə beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktıdır. Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Ordusu öz torpaqlarında döyüşür və Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Azərbaycan xalqı torpaqlarımızın işğaldan tam azad olunmasını istəyir.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

