/ / Sabir Hacıyev: Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə öz xilaskarlıq missiyasını uğurla icra edir
Sabir Hacıyev: Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə öz xilaskarlıq missiyasını uğurla icra edir
14.10.2020 [08:46]
“Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. Ötən müddət ərzində ordumuzun əldə etdiyi uğurlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Çünki Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsidir”.
Bunu Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin üzvü Sabir Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, cari ilin əvvəlindən başlayan siyasi dialoq və sonrakı görüşlər ölkəmizdə bu gün əldə edilən milli həmrəyliyə təkan olub: “Ermənilərin iyul təxribatı və 27 sentyabrda başlanan əks-hücum əməliyyatı zamanı 50-yə yaxın partiyanın Ali Baş Komandanın atdığı addımları müdafiə yönündə bəyanat verməsi, bu günlərdə keçirilən videokonfrans formatında görüşdə və sonrakı proseslərdə 50 partiya rəhbərinin yenidən dövlət başçısına, ordumuza birmənalı şəkildə dəstək verməsi ölkədə mövcud olan birlik və həmrəyliyin bariz nümunəsidir. Çünki bu ilin əvvəlindən Prezdentin apardığı siyasi islahatların nəticəsi olaraq dialoq mühitinin daha da dərinləşdirilməsi Azərbaycan xalqının milli birlik və həmrəylik məsələsində tam yekdillik nümayiş etdirməsinə təkan verib”.
S.Hacıyev deyib ki, beynəlxalq aləm və təşkilatlar regionun təhlükəsizliyini təhdid edən təcavüzkar Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün qəti addımlar atmır: “Baxmayaraq ki, Azərbaycan Prezidenti bir müddət öncə BMT kürsüsündən beynəlxalq aləmi təcavüzkar Ermənistanın müharibəyə hazırlaşması barədə xəbərdar edib. Beynəlxalq ictimaiyyət və qurumlar bu məsələdə ciddi addım atmadığından Azərbaycan Ordusu işğalçının layiqli cavabını vermək məcburiyyətində qalıb. Odur ki, bu gün Azərbaycan Ordusu üzərinə düşən vəzifəni şərəflə yerinə yetirərək Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün döyüşür. Əgər Ermənistan sülh istəyirsə, o zaman bizim torpaqlarımızdan dərhal çıxmalıdır”.
“Dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin nəticəsi olaraq Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir çox yaşayış məntəqəsini, strateji yüksəklikləri işğalçılardan azad edib. Uzun fasilədən sonra biz Qarabağ torpaqlarına qayıtmışıq, ora öz bayrağımızı sancmışıq və digər ərazilərimizdə də bayraqları sancacağıq. Artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz. Ölkə başçısının da dediyi kimi, biz tarixi ədaləti bərpa edirik! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə öz xilaskarlıq missiyasını uğurla icra etməkdədir”, - deyə S.Hacıyev bildirib.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

