/ / Vüqar Rəhimzadə: Mülki əhaliyə qarşı xaincəsinə törədilən terror aktı Paşinyan rejiminin faşist xislətini, riyakarlığını isbatladı
Vüqar Rəhimzadə: Mülki əhaliyə qarşı xaincəsinə törədilən terror aktı Paşinyan rejiminin faşist xislətini, riyakarlığını isbatladı
14.10.2020 [08:55]
“Oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistanın Gəncədə çoxmənzilli binanı raket atəşinə tutması və nəticədə 9 dinc insanın həlak olması, 34 nəfərin yaralanması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin növbəti sübutu oldu. Ermənistanın bu hücumları, mülki əhalinin hədəfə alınması birmənalı olaraq müharibə cinayətidir və beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, Ermənistan ordusunun gecə saat 2 radələrində mülki əhaliyə qarşı xaincəsinə törədilən terror aktı Paşinyan rejiminin faşist xislətini, riyakarlığını, sülhə, atəşkəsə adekvat olmadığını isbatlayır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında söyləyib.
Bu gün regionda beynəlxalq sülhə başlıca təhlükə olan Ermənistanın artıq nəinki Cənubi Qafqaz regionu, ümumilikdə beynəlxalq aləm üçün qlobal problemə çevrildiyini qeyd edən V.Rəhimzadə bildirib: “Sentyabrın 27-dən başlanan müharibə ilə əlaqədar bütün beynəlxalq təşkilatlar, dövlətlər tərəfləri hərbi əməliyyatları dayandırmağa, sülh danışıqlarına başlamağa səsləyirdilər. Sonuncu dəfə isə Rusiya humanitar atəşkəsin təmin edilməsi ilə əlaqədar təşəbbüs irəli sürdü və bu məqsədə nail olmaq üçün Moskva görüşü təşkil olundu. Həmin görüşün nə qədər gərgin keçdiyi hamıya bəllidir. Nəticədə humanitar atəşkəsin elan edilməsi qərara alındı. Lakin Azərbaycanın atəşkəs rejiminə sadiq olduğu vaxtda, Ermənistanın siyasi rəhbərliyi bir daha riyakarlığını ortaya qoydu. Paşinyan rejimi aydın şəkildə beynəlxalq qanunlara hörmətsizlik etdi və bütün dünyaya meydan oxudu. Moskvada üzərinə götürdüyü öhdəliklərə əməl etmədi, razılaşmaya sadiq olmadı və ikiüzlülüyünü isbatladı. Düşünürəm ki, atəşkəs haqqında razılaşmanın təşəbbüskarı və təminatçısı kimi Rusiya təcili surətdə Ermənistanın hərbi-siyasi rəhbərliyindən, şəxsən Nikol Paşinyandan Gəncədə törətdiyi qanlı terror aktının hesabat tələb etməlidir”.
Baş redaktor əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından sonra dinc insanları və yaşayış məntəqələrini atəşə tutması bu dövlətin faşist xislətinin sübutu daha bir və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisidir. “Bu səbəbdən də bütün beynəlxalq təşkilatlar, xüsusilə də münaqişənin sülh yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana qarşı nəhayət təzyiq mexanizmini işə salmalı, mülki əhaliyə qarşı terror aktlarına son verməsini ciddi şəkildə ondan tələb etməlidir. Əgər bu dəfə də Ermənistanın əməlləri susqunluqla qarşılanacaqsa, təcavüzkara qarşı əməli tədbirlər görülməyəcəksə, nəticədə Paşinyan rejimi daha da azğınlaşacaq və bundan da böyük terror aktlarına, hətta soyqırımına əl ata bilər. Yekunda isə ümumilikdə regionda sülhün və təhlükəsizliyin təmin olunması müşkülə çevriləcək”, - deyə V.Rəhimzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16

